Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

23.11.2026 09:35
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsinin əməkdaşı Beynəlxalq Tədqiqat Mərkəzi tərəfindən mükafatlandırılıb

Naxçıvan Bölməsinin əməkdaşı Beynəlxalq Tədqiqat Mərkəzi tərəfindən mükafatlandırılıb

AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun şöbə müdiri, filologiya elmləri doktoru, dosent Səbuhi İbrahimov “Endless Light in Science” (“Elmdə Sonsuz İşıq”) Beynəlxalq Tədqiqat Mərkəzi tərəfindən təşkil olunan elmi-pedaqoji müəssisələr arasında keçirilən Beynəlxalq tədqiqat müsabiqəsinin qalibi olub, “I dərəcəli diplom” və “Ən yaxşı elmi əsər” medalına layiq görülüb.

“Elmdə sonsuz işıq” Beynəlxalq Tədqiqat Mərkəzi tərəfindən təşkil olunan və elmi-pedaqoji müəssisələr arasında keçirilən müsabiqə elmi tədqiqatların stimullaşdırılması, alimlər arasında beynəlxalq elmi əməkdaşlığın təşviqi və fundamental araşdırmaların dəyərləndirilməsi məqsədilə keçirilib.

Dosent Səbuhi İbrahimovun mətnşünaslıq və dinşünaslıq sahəsində apardığı tədqiqatlar və əsərləri elmi-nəzəri əhəmiyyətinə görə münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Bu nailiyyət Səbuhi İbrahimovun klassik ədəbiyyatın tədqiqi, mətnşünaslıq, ədəbi irsin qorunması və dinşünaslıq istiqamətindəki elmi fəaliyyətinin beynəlxalq elmi ictimaiyyət tərəfindən tanınmasının göstəricisi olmaqla, Azərbaycan elminin qlobal elmi məkanda tanıdılmasına və elmi əlaqələrin genişlənməsinə mühüm töhfə verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: