Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Əlyazmalar İnstitutunun əməkdaşı XI Beynəlxalq Səlcuq Elmi Tədqiqatlar Konqresində məruzə edib
23.11.2026 09:56
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun əməkdaşı XI Beynəlxalq Səlcuq Elmi Tədqiqatlar Konqresində məruzə edib

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Əlyazmaların elektron resursları şöbəsinin müdiri Sevinc Həzrətquliyeva Türkiyənin Konya şəhərində keçirilmiş XI Beynəlxalq Səlcuq Elmi Tədqiqatlar Konqresində onlayn şəkildə iştirak edib.

Azərbaycan, Qazaxıstan, İngiltərə, Çin, Gürcüstan, Albaniya, Litva, Pakistan, Şimali Makedoniya və bir sıra ölkələrdən alim və mütəxəssislərin qatıldığı konqresdə əməkdaşımız ““Bənu Hilal” dastanının şifahi və yazılı ənənədə təşəkkülü və inkişafı” mövzusunda məruzə edib, çıxışında nəsr və şeirin sintezindən ibarət olan bu dastanın şifahi ənənədə təşəkkülündən və yazılı əlyazma mənbələrində tədqiqindən söz açıb. Məruzə konqres iştirakçıları tərəfindən maraqla qarşılanıb, verilən suallar cavablandırılıb.

Konqres çərçivəsində əməkdaşımız geniş və əhatəli çıxışına görə təşkilatçı qurumun sertifikatına layiq görülüb.

Qeyd edək ki, Beynəlxalq konqres ISARC (Elm və İncəsənət Araşdırmaları Mərkəzi - İksad / İSARC Akademi) təşkilatının koordinatorluğu, həmçinin Azərbaycan və Türkiyənin aparıcı ali təhsil müəssisələrini təmsil edən elm adamlarından ibarət Təşkilat və Elm Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: