Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

28.10.2026 15:35
  • A-
  • A
  • A+

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı milli qürur, müstəqil iradə, qətiyyət və sülhə sadiqlik fəlsəfəsinin harmoniyası üzərində qurulub

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı milli qürur, müstəqil iradə, qətiyyət və sülhə sadiqlik fəlsəfəsinin harmoniyası üzərində qurulub

Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı siyasi liderlik, milli özünəinamın proyeksiyası və qlobal auditoriyaya yönəlmiş strateji mesajların psixoloji təsiri baxımından bir neçə mühüm müstəvidə təhlil edilə bilər. Prezidentin forumda səsləndirdiyi bəyanatlar və mesajlar Azərbaycanın həm regional, həm də qlobal miqyasda yürütdüyü xarici siyasətin strateji prioritetlərini birmənalı şəkildə ortaya qoyur. Ali Baş Komandan İlham Əliyevin nitqində Azərbaycan cəmiyyətinin bütün etnik və dini qruplarının Vətən müharibəsində “dəmir yumruq” kimi birləşməsinin vurğulanması, Liderin daxili auditoriyada yaratdığı bütövlüyü nümayiş etdirir. Həmçinin beynəlxalq siyasətdə ikili standartların tamamilə aradan qaldırılması tələbi, qlobal ədalətsizliyə qarşı etirazın və haqlı tərəf olmağın verdiyi mənəvi üstünlüyün ifadəsidir.

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı  milli qürur, müstəqil iradə, qətiyyət və sülhə sadiqlik fəlsəfəsinin harmoniyası üzərində qurulub. Bu nitq həm daxili auditoriyaya yüksək inam aşılayır, həm də qlobal güclərə Azərbaycanın öz şərtləri ilə sülh və dialoq tərəfdarı olduğu mesajını psixoloji üstünlüklə ötürür. Prezident İlham Əliyev 2011-ci ildən bəri təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun qlobal miqyasda mühüm və effektiv dialoq məkanına çevrildiyini qeyd edib.

Ölkəmizdə multikulturalizm və tolerantlığın sadəcə hüquqi-siyasi bir termin deyil, xalqın gündəlik həyat tərzi və mənəvi ehtiyacı olması tarixi faktlara əsaslanır. Ulu Öndər Heydər Əliyev tərəfindən sistemləşdirilən ideologiya, mənşəyindən və dinindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün xalqları vahid bir amal – Vətən və dövlət ətrafında birləşdirdi. Ulu Öndər Heydər Əliyev ölkəmizdə müstəqil dövlətçiliyin qurulması və möhkəmləndirilməsi, insanların, xüsusilə gənc nəslin yüksək ideyalarla yaşayan vətəndaşlar kimi formalaşması istiqamətində böyük işlər görmüşdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Bakı Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi qlobal tədbirlər ölkəmizin bu sahədəki tarixi təcrübəsinin dünyaya bir nümunə olduğunu göstərir.

Bu sarsılmaz sütunlar Azərbaycanın həm daxili sabitliyinin, həm də beynəlxalq arenadakı yüksək nüfuzunun ən böyük təminatıdır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev ölkəsinə və xalqına şərəflə xidmət edən görkəmli dövlət xadimi olmaqla bərabər, həm də Dünya azərbaycanlılarının lideridir. Prezident İlham Əliyev, eyni zamanda beynəlxalq miqyasda dünya liderlərindən biri kimi qəbul olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan suverenliyin tam bərpa olunduğu, güclü iqtisadiyyata və orduya sahib, regionda və qlobal səviyyədə söz sahibinə çevrilmiş qüdrətli dövlət kimi formalaşmışdır. Azərbaycan güclü iqtisadiyyatı, qlobal enerji və nəqliyyat layihələrindəki əsas subyekt rolu ilə regionun aparıcı dövlətinə çevrilmişdir.

Günel MƏLİKLİ, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial psixologiya şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent 

  • Paylaş: