Akademik Vaqif Abbasovun “Seçilmiş əsərləri” kitabının “Çoxfunksiyalı reagentlər. Korroziya, duzçökmə, parafinçökmə inhibitorları, bakterisidlər, deemulqatorlar, konservasiya mayeləri və sürtküləri” adlı III Cildi: (1-ci hissə) işıq üzü görüb.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasovun “Seçilmiş əsərləri” (6 cilddə). III Cild: (1-ci hissə) “Çoxfunksiyalı reagentlər. Korroziya, duzçökmə, parafinçökmə inhibitorları, bakterisidlər, deemulqatorlar, konservasiya mayeləri və sürtküləri” adlı kitabı çapdan çıxıb.
Bu monoqrafiyaya müəllifin Azərbaycan, rus və ingilis dillərində 1991-2014-cü illərdə “Çoxfunksiyalı reagentlər. Korroziya, duzçökmə, parafinçökmə inhibitorları, bakterisidlər, deemulqatorlar, konservasiya mayeləri və sürtküləri” mövzusunda açıq mətbuatda çap olunmuş məqalələri daxil edilmişdir.
Monoqrafiya neft kimyası və neft emalı sahəsində çalışan elmi işçilər və mütəxəssislər, doktorantlar, magistrlər, kimya və kimya-texnologiya profilli ali təhsil müəssisələrinin tələbələri üçün nəzərdə tutulmuşdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.