Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Görkəmli alim Fərid Ələkbərlinin xatirəsinə həsr olunmuş kitab işıq üzü görüb
20.09.2024 16:10
  • A-
  • A
  • A+

Görkəmli alim Fərid Ələkbərlinin xatirəsinə həsr olunmuş kitab işıq üzü görüb

Bu günlərdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin baş elmi işçisi fəl.ü.e.d., dosent Zəkiyyə Əbilovanın və araşdırmaçı yazar, jurnalist Dilqəm Əhmədin tərtibçiləri olduğu “Yüz il yaşamış əlliyaşlı alim (Biblioqrafiya, xatirə və sənədlər)” kitabı işıq üzü görüb.

Kitab görkəmli alim, biologiya elmləri namizədi, tarix elmləri doktoru, professor Fərid Urxan oğlu Ələkbərlinin xatirəsinə həsr olunub.

Kitabda alimin keçdiyi əmək və həyat yolundan, elmə verdiyi töhfələrdən, onun qədim və orta əsrlərdə yaşamış dünyaşöhrətli alimlərin sağlamlıq və təbabətlə bağlı əsərlərinin tədqiqində göstərdiyi xüsusi xidmətlərindən bəhs edilir.

Qeyd edək ki, yeni nəşrin redaktoru Mətanət Muradova, naşiri Tural Axundov, “Ön söz”ün müəllifi fəl.ü.e.d., dosent Zəkiyyə Əbilovadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: