Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.05.2021 10:18
  • A-
  • A
  • A+

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları könüllü qanvermə aksiyasında iştirak ediblər

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları könüllü qanvermə aksiyasında iştirak ediblər

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşəbbüsü ilə müəssisənin əməkdaşları “Qan ver, can qurtar!” devizi altında könüllü qanvermə aksiyasında iştirak ediblər.

Qanvermə aksiyası 44 günlük Vətən müharibəsində iştirak etmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban verməyə hazır olan qazilərimizə yardım məqsədilə təşkil olunub.  

Qeyd edək ki, aksiyada Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı əvvəlcədən qan analizi aparılmaqla müəyyənləşdirilib və qan götürülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: