Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.06.2021 11:27
  • A-
  • A
  • A+

Zoologiya İnstitutunun əməkdaşları Bakı buxtasında tədqiqat aparıblar

Zoologiya İnstitutunun əməkdaşları Bakı buxtasında tədqiqat aparıblar

AMEA-nın Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının əməkdaşları - aparıcı elmi işçi, biologiya üzrə fəlsəfə doktoru Ənvər Cəlilov, kiçik elmi işçilər Arzu Quliyeva və Nigar Mehdiyeva Bakı buxtasında hidrobiontların biomüxtəlifliyi və mühitin ekoloji durumunun qiymətləndirilməsində onların rolunun öyrənilməsi məqsədilə ekspedisiyada olublar.

Tədqiqatçılar tərəfindən ekspedisiya zamanı mezoplankton, vətəgə və qeyri-vətəgə balıqlarına aid nümunələr toplanıb. Əldə olunmuş nümunələr tədqiq edilmək üçün laboratoriyaya gətirilib.

Qeyd edək ki, Bakı buxtasında tədqiqatlar fəsillər üzrə davam etdiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: