Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Ədəbiyyatşünas alimin yeni kitabı nəşr olunub
22.06.2021 16:49
  • A-
  • A
  • A+

Ədəbiyyatşünas alimin yeni kitabı nəşr olunub

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Salidə Şərifovanın “Fərəc Fərəcov yaradıcılığının problematikası, janr müxtəlifliyi və bədii xüsusiyyətləri” monoqrafiyası çapdan çıxıb.

Kitab Ədəbiyyat İnstitutunun Elmi şurasının 9 dekabr 2020-ci il tarixli qərarı ilə çap olunub. Monoqrafiya “Sənətkarın elmi pasportu” seriyasında işıq üzü görən iyirmi ikinci nəşrdir.

Vəsaitin elmi məsləhətçisi və “Əməldə və əsərlərində özünüifadə nümunəsi” adlı “Ön söz”ünün müəllifi AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylidir. Rəyçisi filologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü Tehran Mustafayev, elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənlidir.

Monoqrafiya giriş, beş fəsil, nəticə, istifadə olunmuş ədəbiyyat və tarixə həkk olunmuş anlardan ibarətdir. Kitabda Naxçıvan Muxtar Respublikasının (MR) Əməkdar jurnalisti, şair, yazıçı, publisist, Naxçıvan MR Ali Məclisinin deputatı Fərəc Fərəcovun həyatı, bədii və elmi publisistikası, nəzm və nəsr əsərlərinin problematikası, janr müxtəlifliyi və bədii xüsusiyyətləri geniş tədqiq edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: