AMEA-nın Şərqşünaslıq İnstitutu Lənkəran Regional Elmi Mərkəzinə kitablar hədiyyə edib.
Regional Elmi Mərkəzin Ümummilli Lider Heydər Əliyevin 100 illiyi adına kitabxanasına Şərqşünaslıq İnstitutu tərəfindən 70 kitab və elmi jurnal hədiyyə olunub.
Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşları göstərdiyi diqqətə görə Şərqşünaslıq İnstitutunun rəhbərliyinə təşəkkürünü bildiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.