Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi iqtisad üzrə fəlsəfə doktoru, dosent Kamran Abdullayevin, Azərbaycan Kooperasiya Universitetinin prorektoru, i.f.d. dos. Fikrət Quliyevin, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllimi, i.e.d. Müslumat Allahverdiyevanın, Qərbi Kaspi Universitetinin doktorantları Günay Teymurova və Nigar Bağırovanın birgə işlədikləri elmi məqalə Rumıniyanın Scopus elm bazasına daxil olan “Theoretical and Practical Research in the Economic Fields" (İqtisadi sahələrdə nəzəri və praktiki tədqiqatlar) jurnalında (Vol 15, №4(32), 2024) çap edilib.
“The Main Areas of Development of the Non-Oil Sector in the Republic of Azerbaijan” (Azərbaycan Respublikasında qeyri-neft sektorunun inkişafının əsas istiqamətləri) adlı məqalə dünyanın nüfuzlu Scopus elmi bazasında indeksləşdirilib.
Məqalədə qeyri-neft sektoru sahələri, o cümlədən turizm, nəqliyyat-logistika, idxal-ixrac və s. üzrə mövcud aktual məsələlər, dövlət-özəl tərəfdaşlığı modelinin nəqliyyat sektorunda tətbiqi, bu sahədə mövcud beynəlxalq təcrübə, problemlər, onların həlli istiqamətləri, işğaldan azad olunmuş ərazilərin bərpası, orada Zəngəzur, eləcə də Orta Dəhliz, Bakı-Tbilis-Qars dəmir yolu xətti kimi tranzit nəqliyyat layihələrinin inkişafı və s. məsələlər tədqiq olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.