Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm və həyat” elmi-populyar jurnalının yeni sayı çap olunub
17.01.2025 14:45
  • A-
  • A
  • A+

“Elm və həyat” elmi-populyar jurnalının yeni sayı çap olunub

AMEA-nın “Elm və həyat” elmi-populyar jurnalının 2024-cü ilə aid sonuncu sayı nəşr olunub.

Yeni sayda AMEA-nın prezidenti akademik İsa Həbbibəylinin "Heydər Əliyevin akademiklik seçkisi və Akademiyanın dövlətçilik dərsləri", akademik İradə Hüseynova və biologiya üzrə fəlsəfə doktoru Nurməmməd Mustafayevin "Qədim insanların genləri: insanın təkamülü və formalaşmasının şahidləri", fəlsəfə elmləri doktoru İlham Məmmədzadə və fəlsəfə üzrə fəlsəfə doktoru Hüseyn İbrahimovun “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmrəylik çağırışı COP29-u məqsədyönlü fəaliyyətə istiqamətləndirdi”, Altay Əliyev, Elgün Səmədov və Günel Məmmədovanın həmmüəllifliyi ilə “COP29-un ekosəhiyyə çağırışları: mədə xərçənginin müalicəsində "yaşıl" və dayanıqlı cərrahiyyə strategiyaları”, Aynur Mahmudun “Məhəmməd Füzulinin əsərlərində meyvələrin təsviri”, Arzu Hacıyevanın “Kəşfül - Qəraib: Abbasqulu ağa  Bakıxanovun "heyrətamiz kitabı", Zaur Əliyevin “Türkmənçay müqaviləsi, Qacar dövləti ilə Rusiya İmperiyası arasında diplomatik münasibətlər. Billur çarpayi!”, Şamil Nəcəfov və Musa Mursaquliyevin “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi-4 layihəsi”, Sadıx Nəbiyevin “Bakının ilk fotoları” sərlövhəli məqalələri yer alıb.

Bundan əlavə, Kəmalə Qüdrətovanın “Azərbaycan-Özbəkistan mədəni əlaqələri”, Əzizağa Ələkbərlinin “Azərbaycan-Tacikistan ədəbi-mədəni əlaqələrinin inkişafı (XX əsrin 70-ci illəri)”, Fidan Şahmalıyevanın “Azərbaycanın ictimai-mədəni həyatında tatar ziyalılarının rolu”, Cəmil Quliyevin “Kitabi -Dədə Qorqud" eposunun azərbaycançılıq ideologiyasında yeri, Məmməd Sadıqov və Nigar Paşayevanın “Təbii-iqtisadi ehtiyatların əhali məskunlaşmasında rolu”, Rəşid Fətəliyevin “Möhtəşəm təbiət abidəsi: Xızının rəngli dağları” sərlövhəli məqalələri, həmçinin “Meridian” və “Sağlamlıq” bölmələrində yer alan yazılarla tanış ola bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: