Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycanın milli parkları, təbiət qoruqları və yasaqlıları” soraq-biblioqrafik məlumat kitabı çapdan çıxıb
16.01.2025 12:36
  • A-
  • A
  • A+

“Azərbaycanın milli parkları, təbiət qoruqları və yasaqlıları” soraq-biblioqrafik məlumat kitabı çapdan çıxıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında “Azərbaycanın milli parkları, təbiət qoruqları və yasaqlıları” soraq-biblioqrafik məlumat kitabı işıq üzü görüb.

Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsilə əlaqəli hazırlanan bu soraq -biblioqrafik məlumat kitabında 10 Milli Park, 10 təbiət qoruğu, 24 dövlət təbiət yasaqlığı haqqında müfəssəl məlumat verilib, haqlarında olan ədəbiyyatların qısa biblioqrafiyası da tərtib edilib. Məlumat nəşrinin hazırlanması zamanı seçmə prinsipi əsas götürülərək biblioqrafik mənbələr toplanaraq sistemləşdirilib.

Nəşrin elmi redaktoru MEK-in direktoru, tex.e.d., dosent Hüseyn Hüseynov, tərtibçisi direktor müavini, fil.ü.f.d., dosent Şəhla Tahirqızı, rəyçisi dosent Afiq Məmmədov, ixtisas redaktoru isə Biblioqrafiya şöbəsinin əməkdaşı Rəna Cavadovadır.

Mütəxəssislər, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş soraq-biblioqrafik məlumat kitabının “Ön söz”ünün müəllifi AMEA-nın vitse prezidenti, ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynovadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: