Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

24.06.2021 11:34
  • A-
  • A
  • A+

Abşeronun flora konspektində öz əksini tapmayan bitkilər aşkarlanıb

Abşeronun flora konspektində öz əksini tapmayan bitkilər aşkarlanıb

AMEA-nın Dendrologiya İnstitutunun Sistematika laboratoriyasının əməkdaşları Buzovna – Bilgəh – Novxanı – Fatmayı – Goradil ərazilərində tədqiqatlar aparıblar.

Məqsəd sözügedən ərazilərdə bitkilərin yayılma areallarını, bitki birliklərinin müxtəlifliyini, fitosenozların müasir növ tərkibini, quruluşunu, eyni zamanda yeniliklərini öyrənmək olub.

Ekspedisiya zamanı 8 formasiya və onların birlikdə 25-ə yaxın assosiasiya, biotip və qruplaşmaları qeyd olunub. Bu fitosenozların növ tərkibi, senotik quruluşu və senozəmələgətiriciləri öyrənilib. Əsas senozəmələgətiricilərdən Alhagi pseudalhagi (M. Bieb.) Fisch., Artemisia lerchiana Weber ex Stechm., A. arenaria DC., Astragalus igniarius Popov, Zosima absinthifolia (Vent.) Link, Galium sp., Euphorbia seguieriana Neck., Euphorbia  sp., Salsola dendroides Pall. və b. fitosenozun əsas biokütləsini təşkil etdiyi məlum olub. Həmçinin  tədqiqat zamanı tərtib ediləcək Abşeronun flora konspektində hələ öz əksini tapmayan bitkilər aşkar edilib. 

Ekspedisiya zamanı bitkilərin  şəkilləri, video görüntüləri çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: