Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Tarix Muzeyinə üzərində şəhid Samir Kaçayevin təsviri olan qobelen hədiyyə edilib
29.06.2021 17:33
  • A-
  • A
  • A+

Tarix Muzeyinə üzərində şəhid Samir Kaçayevin təsviri olan qobelen hədiyyə edilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Dekorativ tətbiqi sənət fakültəsinin magistrantı Jalə Əzizova tərəfindən hazırlanmış qobelen hədiyyə olunub.

Qobelen üzərində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olmuş heykəltəraş Samir Kaçayevin təsviri var.

J.Əzizova qeyd edib ki, bir vətəndaş və rəssam olaraq vətən uğrunda canlarından keçmiş igidlərimizi öz əsərlərimizdə təsvir etmək və yaşatmaq borcumuzdur.

Qeyd edək ki, material muzeyin Vətən müharibəsi fonduna daxil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: