2015-ci il oktyabr ayında AMEA Hüseyn Cavidin Ev Muzeyinin təşkilatçılığı ilə “Hüseyn Cavid əsərlərinin gənc nəslin tərbiyəsində rolu” mövzusunda respublika elmi konfransı keçiriləcək.
Tədbirdə iştirak etmək istəyənlər tezislərini mayın 31-dək, məqalələrini iyulun 25-dək huseinjavid@gmail.com elektron ünvanına göndərə bilərlər.
Məruzə tezislərinin tərtib olunma qaydaları:
- Mətn A4 formatda, 12 ölçülü “Times New Roman” şrifti ilə, 1.5 intervalda hazırlanmalı, 5-8 səhifə həcmində olmalıdır. Yuxarı 2 sm., sağdan 3 sm., soldan 1 sm məsafə buraxılmalıdır.
- Mətnin əvvəlində məruzəçinin adı, soyadı təmsil etdiyi müəssisə, növbəti sətrdə məruzənin adı verilir. Sonda ədəbiyyat siyahısı təqdim olunur. Mətnə rus və ingilis dillərində 5 cümlə həcmində xülasə əlavə olunur.
Əlaqə telefonu: (+994 12) 492 06 57
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.