Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Perovskit mineralının maddənin yeni bir halı olduğu müəyyənləşdirilib
27.07.2021 17:02
  • A-
  • A
  • A+

Perovskit mineralının maddənin yeni bir halı olduğu müəyyənləşdirilib

Makqilla Universitetinin kimyaçıları perovskit mineralının maddənin yeni bir halı olduğunu aşkar ediblər.

Mütəxəssislər tərəfindən perovskit mineralının həm fotoelektrik panellərdə, həm də LED işıq mənbələrində yüksək effektivlik göstərdiyi müəyyənləşdirilib. Əvvəllər bu effektin nəyə əsasən baş verdiyi məlum deyildi. Qeyd olunub ki, perovskitin kristal quruluşunda qüsurlar var, lakin ideal kristal qəfəsə malik maddədən daha yaxşı işləyir.

Qeyd edək ki, perovskit psevdokubik quruluşa malik olan CaTiO3 kristallarıdır. O, tərkibindəki nadir torpaq minerallara görə hasil edilir.

  • Paylaş: