Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Koronavirusun bütün əsas ştamları üçün sprey hazırlanıb
02.08.2021 11:53
  • A-
  • A
  • A+

Koronavirusun bütün əsas ştamları üçün sprey hazırlanıb

Estoniyalı professor Martin Ustav koronavirusdan qorunmaq üçün burun spreyi yaratdıqlarını bildirib.

Burun üçün damcılar COVID-19-a qarşı anticisimlərın qarışığından ibarətdir. “İscosagen” şirkətində aparılan elmi-tədqiqat işlərinə professor M.Ustav rəhbərlik edib.

Alimin sözlərinə görə, dərman-damcılar hazırda bütün mövcud koronavirus növlərindən qorumaq gücündədir. Buna baxmayaraq, alimlər dərmanın daha təkmil olması üçün tədqiqatlarını davam etdirirlər.

“Virusdakı dəyişiklikləri müntəzəm izləyir və hələ yayılmamış ştamları neytrallaşdırmağa çalışırıq”,- deyə Ustav bildirib.

“BioBlock” adlandırılan dərmanın üzərində “İcosagen”in alimləri ilə bərabər “Chemi-Pharm” şirkətinin, habelə Tartu Universiteti və Estoniya Təbiət Elmləri Universitetinin mütəxəssisləri çalışıblar.

Dərmanın kütləvi istehsalı üçün icazə verilib.

Aztibb.az

  • Paylaş: