Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Elm TV”də araxnoloq-alimin Azərbaycan faunası üzrə tədqiqatlarına dair videosüjet yayımlanıb
12.08.2021 16:36
  • A-
  • A
  • A+

“Elm TV”də araxnoloq-alimin Azərbaycan faunası üzrə tədqiqatlarına dair videosüjet yayımlanıb

AMEA-nın “Elm TV” internet televiziyasında AMEA-nın Zoologiya İnstitutunun Araxnologiya laboratoriyasının böyük elmi işçisi, araxnoloq-alim, biologiya üzrə fəlsəfə doktoru Oktay Aslanovun uzun illər Azərbaycan faunası üzrə apardığı tədqiqatlara dair videosüjet yayımlanıb.

Videosüjetdə bildirilib ki, alimin tədqiqatlarının nəticəsi olaraq dünyada ilk dəfə bir çox onurğalı heyvanların üzərində Raphignathoidea fəsiləüstünün nümayəndəsi tapılmış, habelə Bdelloidea fəsiləüstündən olan gənələrdə ictimai davranış aşkar olunub.

Qeyd olunub ki, O.Aslanov 1985-ci ildən bu günə kimi həm Qafqaz, həm də Azərbaycan faunası üçün 22 yeni fəsilə müəyyən edib. Bunlardan 12-si Qafqaz faunası üçün yeni hesab olunur.

Süjetdə vurğulanıb ki, alimin indiyədək apardığı tədqiqatlar əsasında 52 elmi əsəri dərc edilib, iki həmmüəllif monoqrafiyası isə Azərbaycan və rus dillərində çap olunub.

Qeyd edək ki, araxnalogiya sahəsində elmə bir çox töhfələr vermiş O.Aslanov yırtıcı aktinedid gənələr üzrə Qafqazda yeganə mütəxəssisdir.

Videosüjeti təqdim edirik:

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: