16-17 may tarixlərində Qazaxıstanın Türküstan şəhərində Türk Eli Beynəlxalq Cəmiyyətin təşkilatçılığı ilə “Türk dünyasının ziyarətgahları: ənənələr və davamlılıq” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Konfransda Azərbaycandan AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli iştirak edib. “Türk xalqları mədəni irsində ziyarətgahların meydana çıxmasının mifoloji və dini-fəlsəfi aspektlərindən” mövzusunda məruzə edən Faiq Ələkbərli bildirib ki, türk xalqlarında ataların ruhuna inam səmavi dinlərdən öncə də olub. Sadəcə, səmavi dinlərin meydana çıxması ilə türk xalqlarında ataların ruhuna inam müəyyən dəyişikliklərlə yaşamağa davam etməkdədir.
Qeyd edək ki, beynəlxalq konfransda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və digər ölkələrdən olan alimlər də iştirak ediblər.
Konfrans çərçivəsində alimlər Qazaxıstanın Türküstan, Otrar, Sayram bölgəsindəki müqəddəs məkanları da ziyarət ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.