Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Marsı ikinci Yer kürəsi etməyin yeni yolu təklif edilib
25.08.2021 11:32
  • A-
  • A
  • A+

Marsı ikinci Yer kürəsi etməyin yeni yolu təklif edilib

Asteroidin Marsa buraxılması planet atmosferini çoxlu miqdarda uçan maddələrlə doldurmağın ən yaxşı yoludur, bundan sonra planetin maqnit sahəsi maqnitləşməyə imkan verəcək.

Bunu Rusiya Elmlər Akademiyasının Fizika İnstitutunun astrokosmik mərkəzinin əməkdaşı Vyaçeslav Avdeyev çıxışı zamanı deyib.

Mütəxəssisin sözlərinə görə, Ze Mars Sosayiti birliyinin qurucusu Robert Zubrin Marsda Yerdəki kimi şərait yaratmaq üçün bunun ən yaxşı variant olduğunu bildirib. O, Marsı Kentavr adlı asteroidlərlə "bombardman" etməyi təklif edib. “Bu obyektlər çox güman ki, özündə bir çox uçan maddələri ehtiva edir", - deyə ekspert bildirib. O əlavə edib ki, bu cür maddələr Marsda sıx atmosfer yaratmaq və onu qazlarla doldurmaq üçün lazımdır. Mütəxəssislərin hesablamalarına əsasən, uzunluğu 2,5 kilometr olan bir asteroidin trayektoriyasını bir neçə onillik sonra dəyişdirərək onu Marsa göndərmək üçün dörd nüvə mühərriki lazım olacaq.

deyerler.org

  • Paylaş: