AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın “Süni zəkanın tarixi, metodologiyası və hipotezi” (History, Methodology and Hypothesis of Artificial Intelligence) məqaləsi ABŞ-da “China-USA Business Review” jurnalında dərc olunub.
Məqalədə qloballaşma mərhələsinin ən mühüm elmi-texniki hadisəsi və eyni zamanda fəlsəfə elminin yeni və ciddi mövzularından biri olan süni intellekt fəlsəfəsinin tarixindən, metodologiyasından və hipotez mahiyyətindən bəhs edilir. Müəllif süni intellekt sistemini qədim dövrlərdəki anoloji nümunələrdən başlayaraq, keçən əsrin 3-cü onilliyindən əsası qoyulan tarixinə kimi izləyir, A.Turinq nəzəriyyəsinin yaranması, inkişaf mərhələlərinə diqqət yönəldir və bu sahənin keçmiş, indiki, gələcək vəziyyətini elmi nəzəri və hipotezlə təhlil edib qiymətləndirir.
Qeyd edək ki, bu jurnal fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın “Our philosophy of national intercultural dialogue from the ideology of Azerbaijanism to multiculturalism” (Azərbaycançılıq ideologiyasından multikulturalizmə kimi milli mədəniyyətlərarası dialoq fəlsəfəmiz) məqaləsini də bu ilin mart-aprel sayında dərc edib.
Sözügedən jurnal dünyanın bir sıra nüfuzlu elmi indekslərinə daxildir.
Fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın “Süni zəkanın tarixi, metodologiyası və hipotezi” məqaləsini təqdim edirik:
***
Fəlsəfənin ilk vəzifəsi sualla anlamaq olduğu üçün birinci sual süni intellekt nədir sualıdır.
Beləliklə, süni intellekt nədir? Bu gün dünya düşüncəsini öz üzərinə cəmləmiş süni intellekt mahiyyət etibarı ilə canlı orqanizm olmadan düşünmə sistemi - idarəetmə və idarə olunmadır və bütün dealektik və metafizik və eləcə də mənəvi hadisələr kimi süni intellektin də anologiyası qədimlərə söykənir.
Nəinki elektron mühəndisliyi, elektron hesablama maşınları, kompüterlər və ya robotların ixtirası sadə mexaniki iri və mürəkkəb maşınlardan da və ümumiyyətlə, insan zəkasının maşın təsəvvürlərindən öncə süni zəkanın mövcudluğu, onun müasir süni intellekt mərhələsi ilə uzlaşan və tərs-mütənasib keyfiyyətləri maraq doğuran məsələlərdəndir.
Bütün sahələrdə tarixi qaynaqlar tədqiqatçıları miflərə, antik yunan fəlsəfəsinə aparır. Əvvəla qeyd edək ki, miflərdə təzahür etmiş süni intellekt izləri fenomenin tarixini müəyyən etməklə bərabər, onun elmi fənlərarası istiqamətdə tədqiqat sahəsini mifologiya, antropologiya, etnoqrafiya, etnogeniz elmləri ilə də genişləndirir.
Bu baxımdan antik yunan miflərindən biri Talos adlanan bürünc qanadlı, əfsanələrə görə Zevs tərəfindən yaradılmış ilk (it) robot modern süni intellekt robotlarının “atası” hesab olunur. Talosun əsas xüsusiyyətlərindən biri insana bənzəyən bu robotun “bədəninə” çiynindən ayaq pəncəsinə kimi içərisindən əridilmiş polad axan damara oxşar bir boru yerləşdirilməsi ilə izah edilir. Talosun müasir elektron robotlar kimi insanı əvəz edəcək iti sürət və daş atmaqla müdafiə kimi cəhətləri olmuşdur. Mənbələrdə qeyd olunduğu kimi, “Talos bürünc mifik nəhəngdir, tarixdə Minoan Griti istilalardan qoruyan ilk robotdur”.
Maraqlıdır ki, Talos nə qədər insandan fərqli müdafiə qüdrətinə malik olsa da o, Minoan Gritini uzun müddət qoruya bilməmiş, bir düşmən basqınında partlamışdır. Mifik təsəvvür Talos robotun partlayış səslərini onun qəhqəhəsi kimi təsvir edir, həmçinin “ardonik gülüş” termininin buradan qaynaqlandığını vurğulayırlar.
Stanford Universitetinin Klassik elmlər fakültəsinin əməkdaşı, tədqiqatçı Adrienne Mayor diqqəti Talos kimi süni qadın robot Pandora haqqında əfsanələrə yönəldir. Süni intellekt, robotlar və öz-özünə hərəkət edən əşyaların ən erkən mövzularının, e.ə. 750-650 illərdə yaşamış qədim yunan şairləri Hesiod və Homerin əsərlərində meydana gəldiyi, e.ə. 700-cü ilə aid Talos əfsanə-mifinin bir robotun ən erkən nümunəsi olduğu qənaətindən çıxış edən tədqiqatçı vurğulayır ki, “Tarixçilər ümumiyyətlə avtomat ideyasını ilk öz-özünə hərəkət edən cihazların icad edildiyi orta əsrlərə aid edirlər, lakin süni, canlı canlılar konsepsiyası ən azı 2700 il əvvəlki mif və əfsanələrə aiddir. Miflər - maşınlar və texnologiyanın qədim xəyalları mövzusudur. Süni intellekti təsəvvür etmək qabiliyyətimiz qədim dövrlərə gedib çıxır. Texnoloji irəliləyişlər öz-özünə hərəkət edən cihazları mümkün etməzdən çox əvvəl süni həyat və robotlar yaratmaq haqqında fikirlər qədim miflərdə araşdırılıb”.
Tədqiqatçı Adrienne Mayor qədim dünyanın Pandore mifini də təhlil edir və onu süni intellekt agenti adlandırır. Bu fikir orijinal yozumdur və agenti insan şüuraltı sistemində müasir dünya ilə əlaqə - dialoq siqnalı kimi də qiymətləndirmək olar.
Burda maraq doğuran bir məsələ də qədim dünyanın mifləri, əfsanələrinin süni intellektin inkişaf tarixində fantastik və elmi fantastik əsərlərin zəngin kitabxanasını yaratması ilə təsdiqlənir. Anoloji olaraq bu əsərlərdə də süni intellekt dünyanın keçmişini və gələcəyini, insanın irili-xırdalı ehtiyaclarının qeyri-iradi qüvvənin təsiri ilə həll olunması düşüncəsini ehtiva edir.
Karel Çapekin “Zəkalı universal robotlar”, A.E. van Voğtun ”Anın dünyası”, Artur C. Clarkenin “Şəhər və ulduzlar”, “Frankenşteyin üçün düyməni basın”, Robert A. Heinleinin “Ay sərt bir məşuqədir”, habelə Dan Simmonsun “Hyperion mahnıları”, “Mələklər və kosmik gəmilər”, “Mən robotam”, “İki yüz yaşlı”, “Kiberiada”, “2001: Kosmik Odisseya” və çoxsaylı əsərlər süni intellektin onologiyası kimi diqqət cəlb edir.
Bu əsərlərdə kompüterin fantastik şəkildə insana çevrilməsi əslində gələcəkdə ağıllı maşınların insan fəaliyyətini əvəzləyəcəyinin proqnozlarını verirdi.
Zaman irəlilədikcə elmi-bədii fantastikanın inkişafı ekran yaradıcılığının inkişafına da öz töhfəsini vermiş, bütövlükdə dünyagörüşü hadisəsində mühüm rol oynamışdır.
Miflər kimi antik dövrün yazılı ədəbi və fəlsəfi elmi əsərlərində də anoloji məzmunda, süni intellektin varlığını və mümkünlüyünü təsdiqləyən müəyyənlklər olmuşdur. Lakin XVII əsrin ilk onilliyində yaranıb, XIX əsrin iyirminci illərində artıq bütün dünyaya yayılan tarixə ağıl, tərəqqi, milli mədəniyyətlərin inkişafı mərhələsi kimi daxil olmuş, hətta maarifçilik hərəkatı dövründə, xüsusilə maarifçiliyin beşiyi sayılan Avropada süni intellektin əsası olan sahələrə ciddi elmi maraq yaranmış və R.Dekart, T.Hobbs, Blez Paskal və Leybnits, daha sonralar Çarlz Bebbic və Ada Lavleys, Bertran Rassel və Uaytxed, Konrad Tsuze, Uorren Mak-Kallok və Uolter Pitts və başqaları bu sahəni dəyərli elmi yenilikləri ilə zənginləşdirmişlər.
Alimlərin tədqiqatları insan, həmçinin ümumiyyətlə canlı orqanizmlərdə mexaniki materializmin təhlilinə əsaslansa da, onlar zəkanın-intellektin imkanlarını üzə çıxarır, bunun təcrübi və tətbiqi nümunələrini meydana çıxarırdılar.
Bu baxımdan, süni intelktin geniş istifadə məkanı olan super rəqəmsal kompüterlərin nəsil başlanğıcı mərhələli inkişafa malik, nomoqram, slayd qaydası, astrolabe, osiloskop, televiziya, analoq səs prosessoru, avtopilot, habelə akabus kimi anoloq sistemlər hesab olunur. Ona görə də süni intelktin anoloq sahəsi güclü və geniş, həmçinin davamlıdır.
Beləliklə, süni intellekt nədir sualına süni ağıllı düşünənlər cavabını vermək olar. Bəs maşınlar - kompüterlər süni ağıllı canlıların kütləsindən bir də ağıllılığı ilə sınanıb müdrik qəbul edilmiş insanı əvəz edə bilərmi? İlkin cavab “edə bilərdi” isə, dərindən düşünəndə cavab “yox” olacaqdır. Çünki zaman irəlilədikcə yaradıcılıq yenilik tələb edir və həmçinin də yaradıcı fərdin təxəyyül imkanları ilə maşınların şüuru eyniləşə bilməz. Ən kamil insanın zəkası ilə ən güclü kompüteri müqayisə etsək, yenə birinci üstünlük kəsb edir, çünki ikincinin yaradanı yenə kamil insandır. Hamımız ağıllı, müdrik insanlar üçün deyilən “onun beyni lap maşın kimi işləyir” fikrini bilirik. Amma maşınlar haqqında “əsl insan kimi həssasdır”, - ifadəsini işlədə bilmərik.
Elmin sahəsindən asılı olmayaraq, yaratmaq gücü, enerjisi xarakterikdir. Bu, yeniliyə əsaslanır. Ancaq kompüter yaddaşı nə qədər informasiya sintetikliyinə malik olsa da, insanın şüur arxivi qədər nə genişdir, nə də onun “bədahətən”lik keyfiyyəti vardır.
Məsələn, belə bir sadə misal gətirək, yaradıcılıq üçün səhhəti normal, əhval-ruhiyyəsi yerində olan bir insanla kompüterin “yaratmağa” həssas düymələrini götürək. Bu insan gün ərzində saatlarla yorulmadan düşünə bilir. Lakin ağıllı maşın, kompüter müəyyən saatdan sonra “dincəlməlidir”. İkincinin yaradıcılığına elektrik enerjisinin və ya internet əlaqəsinin kəsilməsi də mane ola bilər, lakin insan yaradıcı üçün yaratmağa start verildikdən sonra bu ştrixlər maneə ola bilməz.
Bu baxımdan insanın öz təbii intellekti-zəkası ilə və istənilən sahədə yaratdığı “xarüqələri” süni intellekt yarada bilməz. Maşın düşünmür, onun ağlı insanın təyin etdiyi istiqamətlərdə yenə onun seçimi ilə olan informasiyaları sadəcə sərgi kimi təqdim etməkdir. Belədə deyə bilərik ki, ağıllı maşınlar ekskursovodlar kimi yalnız göstərmək funksiyası daşıyırlar. Analiz edib nəticəyə gəlmək işini ağıllı maşınlar öz üzərinə götürmürlər.
Ağıllı insanın psixoloji yanaşmalarını, proqnozlarını ən güclü məntiq sillogizmləri “yüklənmiş” maşınlar belə əvəzləyə bilməz. Hələ məsələ millilik, identiklik meyarları ilə qiymətləndirilsə, heç bir ağıllı maşının milli yaradıcı insanı əvəzləməyə gücü çatmaz. Yəni nəyi, hansı mövzunu modelləşdirmək mümkün olsa da, etnogeneziya, etnopsixologiya indekslərində ağıllı insanı əvəzləyəcək ağıllı maşın düyməsi tapmaq mümkünsüz görünür.
Müasir dövr elminin əsasını təşkil edən multidissiplinar sistemin ciddi tədqiqat sahələrindən biri olan süni intellekt riyaziyyat, məntiq, fiziologiya, neyrofiziologiya psixologiya, koqnitiv, epistomilogiya, fəlsəfə və bir çox elmlərin nəzəri-metodoloji yanaşmaları kontekstində xüsusilə seçilir. Bu, bir gerçəkdir ki, süni intellektin metodologiyası bu elmlərin nəzəriyyəsi və o cümlədən şüurla bağlı olduğu üçün fəlsəfi təhlil və qiymətləndirmələrlə dərk və təsəvvür edilir. Artıq uzun onilliklərdir ki, bu iki elm - süni intellekt və fəlsəfə epistomilogiya, qneseologiya təsirləri ilə yeni və dolğun bir multidissiplinar metodologiya formalaşdırmışdır. Əlbəttə, fəlsəfənin tarixi, metodologiyası nə qədər qədim tarixə malik olsa da, süni intellekt sisteminin metodologiyası konkret olaraq 1936-cı ildən bəri inkişaf etməkdədir və əsasında ingilis riyaziyyatçısı, məntiqçi Alan Turinqin əsərləri dayanan süni intellekt sistemi 85 illik bir müddətdə həm nəzəri və təcrübi, həm tətbiqi, həm də tədqiqatlar sahəsi baxımından uğurlarla müşahidə olunmaqdadır. Metodologiyasız təcrübə, təcrübəsiz metodologiya mümkün deyil. Bu baxımdan ağıllı maşınlar sisteminin də elmi multidissiplinar tədqiqi kontekstində yeni-yeni nəzəri mövzuların dəyərləndirilməsi, süni intellekt bu elmin fəlsəfəsini, onun metodologiyasının inkişafını sürətləndirdi.
Bundan çıxış edib deyə bilərik ki, A.Turinq dünya düşüncəsinə insanın milyonlarla sualı qarşısında “hazırcavab” ağıllı maşınlar – kompüterlər metodologiyası verdi ki, bu yeni svilizasiyanın inqilabi proqresi, eyni zamanda insan ağlının və praktiki fəaliyyətinin nəhəng imkanlara malik olduğuna əsaslanan modernizmin süqutunu reallışdırmış oldu.
Fikrimizcə, süni intellekt sisteminin tarixi ilə adı bərabər anılan ingilis riyaziyyatçısı, məntiq alimi Alan Turinqin informatikanın inkişafı sahəsindəki unikal xidmətlərini qısaca xatırlatmaq labüddür. Belə ki, Alan Turinq 24 yaşında, yəni 1936-cı ildə “On computable numbers, with an application to the entscheidungsproblem” (“Entscheidungsproblem-ə bir tətbiq ilə hesablanmış rəqəmlər haqqında”) adlı bir əsər meydana çıxardı. O, bu əsərdə informatika elmini güclü bir sıçrayışla irəli aparan və onun adını dünya elmi düşüncəsinə əbədi həkk edən, müasir universal kompüterlərin necə deyərlər “atası” sayılan “Turing machine” ideyasını təqdim etdi.
Mükəmməl riyaziyyat və kriptologiya təhsilini alan Turinqin həyatında “Hökumət kodu” və “İngilis kodu” pozan bir təşkilat olan “Cypher School”da çalışması, habelə müharibə dövründə kod pozulmasında lider bir iştirakçı olması və alman “Enigma” şifrəli siqnalların deşifrində istifadə olunan, kriptoanaliz sahəsində beş böyük irəliləyişi özündə birləşdirən “Kod” və “Super məktəb” kimi iki əsər yazması da mühüm əhəmiyyət kəsb edir.
A.Turinqin elmi fəaliyyətində 1940-cı illər isə daha böyük uğurlarla diqqət cəlb edir. Belə ki, o, London Milli Fizika laboratoriyasında işə başlayır, Avtomatik Hesablama Mühərrikinin dizayn işlərinə rəhbərlik edir, son illərdə, yəni təxminən 70 il sonra dünya səviyyəsində geniş istifadə olunan və həm də ilk fərdi, mağaza proqramlı kompüterlərin tətbiqinə start veir.
1940-cı illərin sonunda riyaziyyat və hesablama sahələrində yüksək vəzifələrdə çalışan bu unikal zəka sahibi süni intellekt mövzusunu konkret olaraq 1950-ci ildə yazdığı “Hesablama texnikası və intellekt” və “Turinq testi” kimi tanınan qiymətli əsərlərində əsaslandırdı və təcrübəyə təklif etdi.
Alan Turinqin elmi irsində 1952-ci ildə dərc olunmuş “Morfogenezin kimyəvi əsasları” əsəri xüsusi yer tutur. Alan Turinq 1950-1952-ci illər elm istiqamətində böyük tarixi nailiyyətlər əldə etsə də, elə 1952-ci ildə qurbanı olduğu bir təsadüfi hadisədən sonra həyatının sonunu sürətlə yaxınlaşdıran acı tale ilə bərabər addımlamış və 1954-cü ildə, 42 yaşında müəmmalı şəkildə vəfat etmişdir.
Nəhəng alimin əsərləri ölümündən 40 il sonra toplu halında dərc olunmuşdur və artıq dünya 28 ildir ki, A.Turinqin süni intellekt sistemindən geniş surətdə bəhrələnir, onun açdığı yolla irəliləyən alimlər nəsli öz yenilikləri ilə elmi və təcrübəni inkişaf etdirirlər.
Hazırda Böyük Britaniya süni intellektin inkişafına görə, Avropada 1-ci yerdə dayanır. Dünya üzrə ABŞ və Çin-dən sonra 3-cü yerdə olan Böyük Britaniyada, yəni süni intellektin yaradıcısı A.Turinqin vətəni olan bu ölkədə süni intellektdən rəqəmsal xidmətlərin səmərəliliyini və inkişafını artırmaq, peyk fotoqrafiyasından istifadə edərək torpaq istifadəsi işləri və s. üçün istifadə olunur. Böyük Britaniya Kanada və İsrail ilə birlikdə inkişaf etməkdə olan süni intellekt ekosistemində əsas mövqeləri tutur (Fransa mütəxəssislərinə görə). 2018-ci ilin aprelində hökumət süni intellektə dair bir strategiya sənədi yayımladı və burada akademiklə əməkdaşlıq edərək sənayedə süni şura qurulacağını bildirdi. Bu şura süni intellektin inkişafına rəhbərlik edəcək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsinə nəzarət edəcək, sənayeni təşviq edəcək və hökumətə süni intellekt barədə məsləhət verəcəkdir. Bundan əlavə, hökumət şura ilə işləmək üçün süni intellekt şöbəsi yaradacaq və bu sahədə milli strategiyanın həyata keçirilməsini təşviq edəcək və digər hökumətlərlə əməkdaşlıq edəcəkdir.
A.Turinq maşınları və ya Turinq testlərindən meydana çıxmış süni intellekt fenomeni termin olaraq ədəbiyyatda 1956-cı ildə amerikan informatiki, süni intellekt sahəsində böyük xidmətlərinə görə Turinq mükafatı laureatı (1971) Con Makkarti tərəfindən işlədilmişdir.
Süni intellektin mahiyyətini insan şüur və fəaliyyətinin süni mexanika – mühəndis maşınlarla əvəz olunması ideyası təşkil edir. Süni intellektin fəlsəfəsinin ən əsas sualı süni intellektin ənənəvi intellekt kimi davamlılığı ilə bağlıdır. Müasir elmi fikir bu suala verilən cavabda yekdil deyildir. Belə ki, ümumi fikir süni intellektin gələcəyinə inanmır, onun dünya hökmranı olacağını təsəvvür etmək belə istəmirlər. Hətta onun sonunu qədim dövrün süni intellekt nümunəsi Talosun sonu kimi düşününən fikir adamları vardır.
Lakin süni intellektin faydaları haqqında düşüncələr daha gerçək əsaslara söykənir. Məsələn, elə həyatımızın qaçılmazı səhiyyə sahəsində süni intellektin əhəmiyyətini iqtibasda ifadə olunan dəlillər bir daha təsdiqləyir: “ÜST-nin verdiyi məlumatlara əsasən, dünyada 2,4 milyon həkimin, tibb bacılarının, mamaların kifayət etmədiyi və insanlar daha çox ömür sürdükləri üçün telesəhiyyəyə, özünümüayinə bioçip sensorlarına və digər avtomatlaşdırılmış sistemlərə olan ehtiyac kəskin şəkildə arta bilər”.
Yaxud da “Qlobal çağırış 8 müraciət”dəki tədbirlər: “Dünyanın yoxsul bölgələrində tibb işçilərinin çatışmazlığı getdikcə pisləşdiyinə görə teletibb və süni intellekt diaqnostikasını artırın, onlayn diaqnoz və süni intellekt, ekspert proqramı da daxil olmaqla teletibbi təşviq edin”.
Bundan başqa, təhsil sahəsində də süni intellektin faydalılığı yüksəkdir: “Nanotexnologiya, nevrologiya, süni intellekt və interaktiv obyektə əsaslanan süni onlayn dünyalarda baş verən irəliləyişlərin birləşməsi 2030-cu ilədək təhsili daha da empirikləşdirəcək və cəlbedici edəcək. Bir çox ənənəvi təhsil sistemləri internet əsaslı sistemlərlə əvəzlənəcək, ənənəvi məktəblərə və insan müəllimlərə olan tələb aradan qalxacaq”.
Doğrudan da sadə ağıllı maşınlardan imkanları miqyassız dərəcədə geniş kompüterlər, robot texnikası sahəsində proqres səviyyəsinə yüksələn süni intellekt elmi elə güclü postmodernist sıçrayışla müşahidə olunmaqdadır ki, indi hamını düşündürən məsələ, dünyanın süni intellektin hakimiyyətinə təslim olması, insanı onun əvəz etməsi çox narahat edir. Smart kompüterlərdən smart şəhərlərə kimi milyonsayda idarəetmə hadisəsi sürətlə gələcəyə doğru irəlilədikcə öz tarixini də yaratmış olur.
Bu tarixdə isə proqressiv olduğu qədər reqressiv mahiyyətdə problemlərin yaşandığı istisna deyildir. Ən başlıcası isə bir-birindən asılı olan hər iki fenomen – proqres və reqres insan-bəşərlə bağlıdır.
Burada proqres və reqres inkişaf xəttinin özü də nəzəriyyə və metodologiya olaraq maraq doğuran məsələdir. Diqqət etsək, əgər keçən əsrlərdə mexaniki maşınlar, dövrün böyük elmi proqressiv inkişaf hadisəsi idisə və bəşərin bu proqresi kütləvi şəkildə mənimsəməməsi və həmçinin nailiyyətin istehsala geniş tətbiqinin zəif dinamikası reqressiyaya bərabər idi. Bir tərəfdən sürətli zehni intellektual irəliləyiş və digər tərəfdən gerilik. Kompüter və robot texnikası – ağıllı maşınlar nəsli ideal olan və onun əksi forma və məzmun köhnəliyi intellekt baxımından inkişafın proqres və reqres səviyyəsinin göstəricisi kimi qiymətləndirilir. Süni intellektin inkişafının proqreqssiv və reqressiv mahiyyəti onun fəlsəfəsinin dialektikası olub bu fenomeni tarixi boyu izləmişdir və bu davam edən bir fenomendir.
Fikrimizin aydın izahı üçün elementar daha bir misal gətirək: dünya bir tərəfdən süni intellekt və robot texnikası sahəsində sürətlə irəliləyir və bu istiqamətdə bütün ölkələr bu proqressiv dalğaya qoşulmağa can atır. Digər tərəfdən, proqreslə paralel qaydada qlobal reqressiv mahiyyətdə problemlər yaranır. Hətta yaxın keçmişdə süni intellekt proqresi kimi qəbul və təqdir olunanlar indi “qırmızı xətt”ə çevrilmişlər ki, bu reqressiv vəziyyətin işarəsidir.
COVID-19-un yaxınımızda olduğu bu tarixi mərhələdə dünyadakı virtual hədəflərin sürətli dinamikası uğurlarımızın mərkəzindədir. Beləliklə, mövcud pandemiya dövründə ən sadə daxili işlərdə belə süni zəkanın əhəmiyyəti ən ciddi şəkildə təsdiqləndi.
Məsələn, 2020-ci ildən bəri pandemiya gücləndikcə süni intellektin tətbiqi kəskin dərəcədə sürətləndi. Pandemiya dövründə süni intellektin təcrübə qabiliyyətləri ilə insanlar dəqiq tibbi testlər, əməliyyat monitorinqi, təsirli müalicə daxil olmaqla fərqli proqnozlar əldə edə bildilər, eyni zamanda yeni dünya dərmanları və hətta bu dünya fenomeni haqqında elementar məlumat tapdılar.
Süni intellektin köməyi ilə insanlar müxtəlif dillərdə suallarına cavab ala bildilər. Süni zəka, eyni zamanda pandemiya zamanı COVID-19 pandemiyasına qarşı cazibəsi və təməl gücü ilə istifadə edilən “BlueDot” xəbərdarlıq sistemi ilə “silahlanmış” insan və qan nümunələrini tez analiz edən “XGBoost” kimi bir diaqnostik vasitədir. COVID-19 peyvəndlərinin aşkarlanması və sınaqdan keçirilməsi süni zəkanın həyati rolunu da təsdiqləyir. Son on ildə süni zəka əsaslı modellər ümumiyyətlə dərman kəşfində inqilab etdi (Zhong et al., 2018; Duan et al., 2019; Lavecchia, 2019). Tdap peyvəndləri ilə əlaqəli mənfi hadisələrin müəyyənləşdirilməsi üçün Təbii Dil İşləmə (NLP) tətbiq olundu (Zheng et al., 2019).
Buna görə də süni zəkanın bugünkü həyat fəlsəfəsi kimi əhəmiyyəti danılmazdır.
Kütlənin pandemiya şəraitində ümumi narahat edən məlumatlar əvəzinə süni zəka dünyasının əhəmiyyətini əsaslandıran fakt və dəlillərlə maarifləndirilməsi daha önəmlidir.
Məsələn, Çin Xalq Respublikasının təcrübəsinə əsaslanaraq Samer Obeidat “Süni zəka COVID-19 pandemiyası ilə mübarizə nədir?” məqaləsi ilə həm kütlə üçün, həm də elmi sahədə dəyərli yanaşmalarla çıxış edir. Məqalədə 7 prinsip şərh olunur:
1. Pandemiyanın yayılmasının izlənilməsində və nəzarətində və həyat tərzi vərdişləri daxil olmaqla fərdi, klinik, səyahət və sosial məlumatların birgə təhlilində süni intellektin rolu (məsələn, Kanada mənşəli BlueDot);
2. Virtual Sağlamlıq Yardımçıları (Chatbots). COVID-19 haqqında sualları dəqiq cavablandıran və etibarlı məlumat və qoruma tədbirləri tövsiyə edən Kanada Süni İntellekt Mərkəzindən çoxdilli virtual sağlamlıq agenti;
3. Linking tərəfindən hazırlanmış texnologiya sayəsində COVID-19 DIAGNOSTIC SI. Dərhal diaqnoz, infeksiyanın daha da yayılmasının qarşısını almaq üçün karantin kimi sürətli cavab tədbirləri. Çində yeni olan platforma, Baidu’nun açıq mənbəli dərindən öyrənmə platforması olan Paddle tərəfindən dəstəkləndi;
4. Üz tanıma və mühitə dəstək süni intellekt termal kameralar bir müddətdir hərarətli insanları aşkar etmək üçün istifadə olunur. Texnologiyanın çatışmazlığı insan operatoruna ehtiyac yaratdı. Ancaq indi süni intellekt əsaslı multisensor texnologiyasına sahib kameralar hava limanlarında, xəstəxanalarda, qocalar evlərində və s. quraşdırılıb. Texnologiya hərarəti ünsanların üzlərindən avtomatik aşkarlayır və hərəkətlərini izləyir, üzlərini tanıyır və şəxsin üz maskasının olub olmadığını təyin edir;
5. Smart Dreons & Robots virusun yayılmasının qarşısını almaq üçün tələb olunan ciddi sosial təcridetmə tədbirləri səbəbindən dronların və robotların kütləvi yerləşdirilməsini sürətləndirdi. Uyğunluğu təmin etmək üçün bəzi pilotsuz təyyarələr ictimai yerlərdə üz maskası taxmayan insanları izləmək üçün istifadə edilərkən, digərləri daha geniş auditoriyaya məlumat yaymaq və ictimai yerləri dezinfeksiya etmək üçün istifadə olunur. Şenjendə yerləşən bir texnologiya şirkəti olan MicroMultiCopter pilotsuz təyyarələrin yerləşdirilməsi yolu ilə şəhər daxilində tibbi nümunələr və karantin materialları daşıyaraq virus ötürülməsi riskini azaltmağa kömək etdi. Robotlar qida və dərman tədarükündə istifadə olunur. Risk baxımından səhiyyə işçiləri üçün faydalıdır. Otaqlar təmizlənir və robotlar tərəfindən sterilizasiya olunur. İaşə sənayesində fəaliyyət göstərən Pudu Technologies, bu məqsədlə 40-dan çox xəstəxanaya robotlar yerləşdirərək səhiyyə sektorunu genişləndirdi;
6. Kurativ araşdırma - süni intellekt dizaynına sahib dərman molekulu təklif edən bir ingilis ixtirası Exscienta kimi şirkətlərin göstərdiyi potensial hərəkət dəyişdiricisi ola bilər. Alqoritmin ənənəvi tədqiqat metodlarının molekulyar quruluşunu inkişaf etdirmək üçün tələb etdiyi beş illik orta müddətlə müqayisədə bir il öhdəlik götürür;
7. Məlumat yoxlaması. Süni intellekti təmsil edən “Google” və “Facebook” kimi texnologiya nəhəngləri sui-qəsd nəzəriyyələri, fişinq, dezinformasiya və zərərli proqramlarla mübarizə aparırlar. Təsdiqlənmiş məlumat mənbələri ilə əlaqəli koronavirus/COVID-19 axtarışını göstərən bir siqnal verirlər. “YouTube” istifadəçiləri isə birbaşa ÜST və buna bənzər etibarlı təşkilatlarla əlaqələndirir. Səhv məlumat verən videolar yüklənən kimi axtarılır və silinir.
…Süni intellekt dünyası problemin həllində digər sahələrlə anlaşdıqca, bu tunelin ucundakı işıq daha parlaq işıq saçır və bu qeyri-müəyyən dövrlərdə dünyanın ehtiyac duyduğu ümidi yaradır.
Bununla yanaşı, elmin reallığı və obyektivliyi meyarları süni intellektin bugünkü və gələcək üçün uğursuzluqlarını da göstərir.
Pandemik sahəni götürək. Birincisi, dünya elmi COVID-19 kabusunun 10 il əvvəldən baş verəcəyini proqnozlaşdırırdı. Düzdür COVID-19, Sars-Cov-2, Ebola, ZikA pandemiya nəsilləri də bilinirdi. ÜST 10 il əvvəl məlum olan bu kabusların qarşısını ala bilmədi.
Bu gün zəngin süni intellekt potensialı ilə işləyən xəstəxanalar yaratmaq çox sevindiricidir. Ancaq 10 il əvvəl bu cür ciddi tədbirlər görülsəydi, proqnozlaşdırılan dərmanlar və peyvəndlər istehsal olunaraq tətbiq olunsaydı, bu qədər itki olmazdı.
Pandemiya bir ildən çoxdur davam edir və yoluxanların sayı gündən-günə artır, lakin nə dərman, nə də kifayət qədər peyvənd çatışmazlığı aradan qalxır. Fikrimizcə, bu, süni intellektin - ağıllı maşınların hələ insanları əvəz etməyə hazır olmadığını təsdiqləyir.
Bundan əlavə, pandemiyadan zərər çəkən digər əsas sahə təhsildir və dünyanın ən qabaqcıl ölkələri hazırda distant təhsilin tələblərinə tam cavab verməklə yanaşı, kütləni mənəvi, sosial psixoloji gərginliklə yükləmiş olurlar.
Məlum olduğu kimi, başqa bir ciddi məsələ, həmişə mövcud olan və pandemiya dövründə daha da ciddiləşən miqrasiya sahəsi hesab olunur. Statistik məlumatlar göstərir ki, bu gün dünyada 28 milyon məktəb yaşında qaçqın uşağı da daxil olmaqla təxminən 70 milyon miqrant vardır.
Pandemiya zamanı miqrantlar e-tədris də daxil olmaqla süni zəkadan faydalana bilərmi? Əlbəttə ki, normal ailələrdə bu problem yarandığı halda miqrant kütlənin vəziyyəti dözülməzdir. Təhsilsizliyin savadsızlığa gətirib çıxardığı qaçılmazdır. Savadsızlığın da cinayət dünyasını yaratdığı danılmazdır. Bu baxımdan süni intellekt imkanları yenə canlı müəllimləri əvəzləməyə hələ nəinki tam, heç hazır deyildir.
Beləliklə, reallıq budur ki, pandemiya bir neçə il davam edərsə, səhiyyə kimi bütün əhalinin təhsil və işsizlik narahatlıqları artacaq və əsas məsələ süni zəkanın bu problemləri həll edəcək qədər gücünün olmamasıdır.
İnsanın ağlını əvəz edəcəyinə inandığımız və etibar etdiyimiz süni intellektin nə süni zəka sahəsində dünyada birinci olan ABŞ, nə də ikinci sırada olan Çin, nə də Avropada birinci olan İngiltərə mövcud pandemiyaya son qoymadı. Bu səbəbdən süni zəka dünyası elmi pandemiyanın nə zaman tamamilə yox olacağını təxmin edə bilmir.
Pandemiya iqtisadiyyata, təhsilə, tibbə, sosial həyata, mədəniyyətə zərbələr vurmağa davam edir. İnsanlara kütləvi estetik zövq sahəsi teatr, konsert proqramlarının, mənəvi ehtiyac sahəsi dini ocaqların, hətta ənənəvi toy, bayramların və yas mərasimlərinin qadağan edilməsi bəşəri şüur dəyişdiriciliklə yanaşı, süni intellekt sahəsinə marağı gücləndirir.
Burada dünyanın bir-birinə inteqrasiya olunmuş 195 ölkəsinin timsalında da süni intellektin reqressiv inkişafını müşahidə etmək mümkündür və alınan ümumi nəticə inkişafın qeyri-bərabərliyini təsdiq edir. Hətta ən qabaqcıl ölkələr belə rəqabət müstəvisindədir. Bu isə proqresdə cərəyan edən reqresi ifadə edir və inkişaf nə qədər sürətlənərsə, reqresi də gücləndirmiş olacaqdır. Hətta əksinə, canlı insanın zəkasının süni zəka sistemlərini üstələməsinə saysız-hesabsız “ağıllı” – məntiqli, inandırıcı elmi dəlillər vardır. Məsələn, sünii intellekt yalnız bu məqalənin müəllifinin ana dilində danışa bilməsi üçün ona 3 milyon söz-kəlmə lazımdır. Bu rəqəmi 6.900 dünya dilinə vursaq, süni intellektin bu sahədə uğuru mümkünsüzdür. Eyni zamanda millətlərin yaradıcı insanının hisslərə bağlı zəkasını da süni alqoritmik sistemlər əvəzləmək üçün inandırıcı görünmür.
Bu məqamda süni intellekt sahəsindəki böyük uğurlarına görə, ABŞ-ın Berkli Universitetinin ömürlük professoru seçilən dünya şöhrətli Azərbaycan alimi Lütfi Zadənin fikirlərini xatırlatmaq yerinə düşər: “Ola bilər ki, siz Lütfi Zadə və onun qeyri-səlis məntiq nəzəriyyəsi haqqında heç vaxt bir şey öyrənməyəcəksiniz. Ancaq evinizdə ən azı müasir maşınlar varsa, düşüncələrim və mən həmişə və görünməz olaraq sizinləyəm. Məsələn, “Hitachi”, “Sharp”dan bir kondisioner almısınızsa, bilin ki, bu temperatur nəzəriyyəsi istilik dəyişmə səviyyələrini təmin edir. Eyni şirkətlər sizə bir mikrodalğalı soba satırsa, bilin ki, düzgün bişirmə strategiyası qeyri-səlis məntiq nəzəriyyəsi ilə təmin olunur. Bir “Canon” printeri, “Matsushita” qabyuyan maşın və ya qurutma maşını, “Daewoo” və ya “Samsung” paltaryuyan maşını, “Sony TV” və ya kompüterlə rastlaşırsınızsa, bilin ki, bütün bu texnologiyalar Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsinin nəticəsidir”.
Ancaq süni zəka sistemində belə görkəmli bir şəxs olan Lütfi Zadənin süni intellektdən daha çox insan intellektinə - təbii zəkaya qiymət verməsi maraqlıdır. Beləliklə, süni intellektin qaçılmaz olduğu müasir dünyada onun insan zəkasını əvəzləyəcəyi təcrübi olaraq da, düşüncə kimi də obyektiv qəbul edilmir. Bu isə süni intellekt nəzəriyyəsini və elmi sahələr və metodologiyalar arasında yeni olan süni intellektin tarixini və hipotezini əsaslandırır.
Bu məqalədəki yığcam təhlil və qiymətləndirmələrdən alınan elmi-obyektiv nəticəmiz bundan ibarətdir ki, süni intellekt ilk növbədə elmin dövrü inqilabi evolyusiyasını – svilizasiyanın proqresini ehtiva edir və multidissiplinar müstəvidə elmin demək olar ki, əsas sahələrinə nüfuz etməklə öz tarixini yazır. Bütün elm sahələrinə nəzəri-metodoloji naviqasiyaları insan gətirdiyi kimi süni intellekt sistemin idarə olunması da insanın iradəsi ilə mümkündür. Başqa cür desək, süni intellekt insan və svilizasiya üçün faydalı olan əməyi, əmək şüurunu bütün məhdudiyyətlərə baxmayaraq əvəzləyə və ya sıradan çıxara bilməz. İnsan beyninin zəka ölçüləri və yaradıcılıq qabiliyyəti ilə dinamik yenilənmə prosesində olan, tez-tez köhnələn elektron maşınların hüdudlarının və davamlılığının müqayisəsi nə qədər subyektiv olsa da, gerçəklikdə obyektiv surətdə birincinin xeyrinədir. Gerçəklikdə isə hələ ki, dünyanın 195 ölkəsinin süni intellekt sistemi üzrə nəhəng sıçrayışlarla irəlidə olan 3 ölkəsində belə bu fenomen tam qüvvəsi ilə fəaliyyət göstərmir və hazırda nəzəri və empirik mahiyyətində ciddi çatışmazlıqlar mövcuddur. Bunun nə zamana qədər davam edəcəyi haqqında da hələlik yekdil bir dünya düşüncəsi yoxdur.
Beləliklə, süni intellekt idarəçiliyinin qaçılmaz olduğu müasir dünyada proqressiv inkişaf üçün yenə insan zəkası mühümdür. Bu isə süni intellektin dialektik olaraq daima təbii intellektdən asılılığını təsdiqləyir. Deməli, yüksək səviyyəli ağıllı maşınların yaranması və həyata geniş tətbiqi işi insan və onun şüurundan asılıdır. Bu isə çox sadə süni intellekt reallığının insansız mümkünsüzlüyünü sübut edir.
Xatirə QULİYEVA, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.