Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“ANAS Transactions, Earth Sciences” jurnalı yüksək reytinq qazanıb
16.09.2021 10:15
  • A-
  • A
  • A+

“ANAS Transactions, Earth Sciences” jurnalı yüksək reytinq qazanıb

AMEA-nın Geologiya və Geofizika İnstitutunda nəşr edilən “ANAS Transactions, Earth Sciences” elmi jurnalı nüfuzlu “Scopus” beynəlxalq məlumat bazasının indeksləşmə reytinqini qazanıb və nəşrə h-index (1) rəqəmi verilib.

Jurnalın yüksək dəyər alması çap olunan məqalələrin elmi mahiyyəti, məqalələrin beynəlxalq biblioqrafik standartlara uyğun tərtib olunması və ciddi resenziyadan keçməsi, məqalələrdə tədqiqatçıların elmi məhsuldarlığının uğurlu nümayişinə görə mümkün olub.

Xatırladaq ki, 1958-ci ildə təsis edilmiş “Xəbərlər. Yer elmləri” adlı jurnal 2018-ci ildən “ANAS Transactions, Earth Sciences” adı ilə nəşr edilib. 2020-ci ildə jurnal nüfuzlu “Scopus” beynəlxalq məlumat bazasına daxil edilib. 

Jurnalın redaktoru Geologiya və Geofizika İnstitutunun direktoru akademik Akif Əlizadədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: