Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Çilidə Yura dövrünə aid pterozavr qalıqları tapılıb
29.09.2021 12:59
  • A-
  • A
  • A+

Çilidə Yura dövrünə aid pterozavr qalıqları tapılıb

Paleontoloqlar tərəfindən Çilinin şimalındakı Atakama səhrasında Yura dövrünə aid pterozavrın parçalanmış qalıqları aşkarlanıb.

Bu pterozavr təxminən 160 milyon il bundan əvvəl Qondvanada (superqitə Rodiniyanın parçalanmasından sonra Cənub yarımkürəsində yaranan və Afrika, Cənubi Amerika, Antarktida, Avstraliya, Yeni Zelandiya, həmçinin Ərəbistan yarımadası, Madaqaskar və Hindistanı əhatə edən qədim geoloji qitə) məskunlaşıb. Tapılan pterozavr “Rhamphorhynchinae” qrupuna aiddir və bu növə Yura dövrünün Avropa, Asiya, Şimali Amerikadan pterozavrları daxildir.

“Tapılan nümunə olduqca böyükdür və o, yalnız bu ailənin ən böyük üzvü olan “Rhamphorhynchus” ilə müqayisə edilə bilər”, - deyə  Çili Universitetinin tədqiqatçısı Dr. Conatan Alarcon-Munoz bildirib.

“Nümunə bu günə qədər Çilidə tapılan və indiyə qədər Qondvanada bilinən “Rhamphorhynchinae” növünə inamla istinad edilən ilk nümunəni, habelə bu qitədə tanınan Oxfordian dövrünün ilk pterozavrını təmsil edir”, - deyə paleontoloqlar yeni tapıntı barədə vurğulayıblar.

Tərcümə etdi: Alidə ZEYNALOVA, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin aparıcı mütəxəssisi

  • Paylaş: