Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

05.10.2021 11:03
  • A-
  • A
  • A+

MEK-in beynəlxalq əlaqələri Moldova mətbuatında

MEK-in beynəlxalq əlaqələri Moldova mətbuatında

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası ilə Moldova Respublikasının “A. Lupan” Elmi Kitabxanası arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Ölkəmizin Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qudsi Osmanovun dəstəyi, Mərkəzi Elmi Kitabxananın baş direktoru, professor Məmməd Əliyevin təşəbbüsü ilə beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən bu müsbət addım Moldova mətbuatında işıqlandırılıb. Moldovanın NOİ.md,  Блокнот Молдова saytları rusmoldov dillərində bu barədə ətraflı məlumat yayıb.

İnanırıq ki, bu müqavilə hər iki kitabxananın bir-biri ilə fəal əməkdaşlığını yüksələn xəttlə inkişaf etdirəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: