Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

23.11.2021 16:45
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutunun gənc alimi beynəlxalq müsabiqənin qalibi olub

Aşqarlar Kimyası İnstitutunun gənc alimi beynəlxalq müsabiqənin qalibi olub

AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun “Yağlayıcı-soyuducu kompozisiyalar” laboratoriyasının elmi işçisi, dissertant Könül Qəhrəmanova Rusiyanın Petrozavodsk şəhərində “Yeni elm” Beynəlxalq Elmi Əməkdaşlıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Gənclər elminin avanqardı” beynəlxalq elmi-tədqiqat müsabiqəsinin qalibi olub.

Könül Qəhrəmanova “Xəzər dənizi sularında neft çirklənmələrinin bioremediasiyası” (“Биоремедиация нефтяных загрязнений в водах Каспия”) mövzusunda təqdim etdiyi elmi iş müsabiqə komissiyası tərəfindən müsbət qiymətləndirilərək, I dərəcəli diplom və sertifikatla təltif edilib.

Bununla yanaşı, K.Qəhrəmanovanın elmi rəhbəri k.ü.e.d., professor Pərvin Məmmədovaya tədqiqat işinin hazırlanmasında göstərdiyi dəstəyə görə müsabiqə təşkilatçıları tərəfindən təşəkkürnamə təqdim edilib.

Qeyd edək ki, Rusiya Federasiyasının “Publishers International Linking Association” Beynəlxalq Elmi Ədəbiyyat Nəşriyyatçılar Assosiasiyasının üzvü olan “Yeni elm” Beynəlxalq Elmi Əməkdaşlıq Mərkəzinin mütəmadi olaraq təşkil etdiyi “Gənclər elminin avanqardı” beynəlxalq elmi-tədqiqat müsabiqəsinin məqsədi fəlsəfə və elmlər doktorları, eləcə də müxtəlif fəaliyyət sahələri üzrə tədqiqatçılar, müəllimlər və doktorantları elmə yeni töhfələr verməyə və tədqiqat fəaliyyətlərinin səmərəliliyini artırmağa həvəsləndirməkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: