AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən “Nizami Gəncəvinin 880 illiyi xatirə nişanı” ilə təltif edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 yanvar 2021-ci ildə Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamından sonra Nizami Gəncəvi irsinin tədqiqi və təbliği işində yaxından iştirak edən Təhminə Bədəlova dahi mütəfəkkirin yaradıcılığına dair iki tərtibin, elmi məqalələrin müəllifidir. Respublikamızda və xarici ölkələrdə beynəlxalq səviyyədə keçirilən konfrans və simpoziumlarda Nizami Gəncəvi yaradıcılığına, onun dünya və Şərq ədəbiyyatının bədii fikir tarixində əhəmiyyətli roluna, şairin əsərlərinin geniş təhlilinə həsr olunmuş məruzələrlə çıxış edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.