Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Ziyalı və ziyalılıq
28.12.2021 11:51
  • A-
  • A
  • A+

Ziyalı və ziyalılıq

Bu yazıda məqsədim, ziyalı ziyalılıq anlayışlarına bugünkü tarixi tələblər kontekstindən yanaşılmasının zəruriliyinə diqqəti cəlb etməkdən ibarətdir.

Kimdir ziyalı? Bu sual bütün bəşər tarixi ərzində aktual olmuşdur. Yalnız bircə mətləb aydındır ki, ziyalısız cəmiyyət istisiz mənzil kimidir. Cəmiyyətin ən çətin, qarışıq qaranlıq anlarında ziyalı ziyasına ehtiyac yaranmışdır. Bu ziya bütün cəmiyyəti söz, məntiq nuru ilə işıqlandırar, açılan sabahlara aydınlıq şəfəq gətirər.

Ziyalı bütöv bir xalqın, millətin xoşbəxtliyinin nurlu mayakı, bugünü gələcəyidir. O, öz nurunu, ziyasını elinə, xalqına, millətinə bağlılıqdan alır və sonda əməli olaraq yenə onlara bəxş edir.

Ziyalı nuru hiss olunmayan məkan şərait zülmət naqislik əsarətində olar. Xeyir öz mübarizəsində şərə, işıq isə qaranlıq zülmətə qalib gəldiyi kimi, ziyalı ziyası da zülmət naqislik əsarətinə üstün gələr, onu öz odu ilə əridib sabahın aydın şəfəqlərinə qovuşdurar.

Ziyalı anlayışı təhrifi sevməz. O, özlüyündə necədirsə, eləcə qəbul olunmalı, izah olunaraq insanlara çatdırılmalıdır. Əgər cəmiyyətdə bu cür təhriflərə az yol verilərsə, ziyalı nüfuzuna da xələl gəlməz, onun prioritetliyi cəmiyyətin mütləq inkişafının zəruri istiqaməti kimi qəbul olunar bundan da hər bir cəmiyyət üzvü faydalanar, onlara düzgün inkişaf meyli qazandırar.

Ziyalı bugünü sabaha qovuşduran işıq, sabahı nurlandıran ziyadır. Bu ziya mənbəyi mənşəyini yerin dərin qatlarından götürərək səthə çıxan bulaq təki insan zəkasının dərin ənginliklərindən götürərək tədricən zühur edən ilahi bir nurdur. Bu isə elə bir nurdur ki, onu yalnız hiss edən hiss etdirənlər duyar.

Ziyalılığa məntiqilik, məqsədyönlülük, mübarizlik, yüksək iradəlilik s. kimi keyfiyyətlər xasdır. O, mahiyyətcə özünü ünsiyyət rəftar gözəlliyində, fikir düşüncə aydınlığında, eləcə nüfuz yaratma qabiliyyətində ifadə edir. Bu cəhətlərə eyni zamanda nail olunması hər bir insanı mahiyyətcə o dərəcədə formalaşdırır ki, nəticədə o, özünü tam dərk edir, malik olduğu keyfiyyətləri digər insanlara ötürmə xüsusiyyətləri əldə edərək daha da zənginləşir. Bu mənada ziyalılıq tam insani keyfiyyətlərin ahəngdar əlaqəsində özünü göstərir.

Ziyalılıq təkcə ilahi nura malik olmaqda deyil, o, həm bu nuru digər insanlarla paylaşa bilməkdədir. Öz nurunu ətrafa verə bilməyən işıqsa, işıq olmadığı kimi, öz fikir ziyasını əməli olaraq ətraf insanlara təhrifsiz ötürə bilməyən ziya sahibi ziyalı, onun məsləki isə ziyalılığa mənsub ola bilməz.

Hər bir cəmiyyətin əsasını maddi mənəvi sferalar təşkil etdiyi kimi, onun hər bir fərdinin isə ali məqsədini bu sferaların tələblərinə uyğun surətdə ahəngdar formalaşması təşkil etməlidir. Yüksək mənəvi əməli xüsusiyyətlər daşıyan ziyalılar bu formalaşma prosesində hər bir fərdin yanında olmalı, onlara düzgün yol göstərməlidirlər. Ziyalının ictimai funksiyası təkcə bununla kifayətlənmir, o, eyni zamanda dəyişən zaman şəraitlərə müvafiq olaraq yeni ideyalar hazırlamalı həyata keçirməlidir. Bu mənada ziyalılıq özünü mütəmadi olaraq müsbət yaradıcı ideyalara sahib olmaq onları davamlı surətdə fərdi olaraq həyata keçirmək, qabiliyyət bacarıqlarının birliyində biruzə etdirir. Buradan belə aydın olur ki, əgər ziyalı ağacdırsa, ziyalılıq onun meyvələridir.

Ziyalının formalaşmasına cəmiyyət mühiti fəal təsir göstərir, digər tərəfdən isə cəmiyyət daxilində ziyalı keyfiyyətlərinin daha çox təbliğ olunması cəmiyyət həyatının daha çox sağlamlaşdırılmasına şərait yaratmış olur. Cəmiyyət həyatının qlobal sağlamlaşdırılmasında öz öncül funksiyaları ilə ziyalı mahiyyətcə ziyalılığın sosial statusunun əyani daşıyıcısı kimi çıxış edir. Yəni ictimai həyatda ziyalı ziyalılıqdan, ziyalılıq isə ziyalı olmaqdan keçir, məzmunca fərdi xüsusiyyətlər daşısalar da, əməli fəaliyyətdə biri digərini tamamlayır.

Cəmiyyətin dinamik inkişafı prosesində ziyalı ziyalılıq anlayışlarının fəaliyyət əlaqəliliyi baxımdan düzgün mənalandırılmasının mühüm əhəmiyyəti vardır. Bu inkişaf prosesi həmin anlayışlar arasında birqiymətli tabelik münasibətlərinin müəyyən olunmasını tələb edir. Bu mənada, zənnimcə, əgər ziyalı ziyalılıq keyfiyyətləri daşıyırsa, deməli ziyalıdır, ziyalılığı olmayan isə ziyalı hesab edilə bilməz. Stereotip düşüncə tərzindən əgər dinamik düşüncə tərzinə keçmək istəyiriksə, bu qanunauyğunluğu qəbul etməliyik. Başqa yol isə yoxdur. Biz ancaq bugünün ziyalısının formalaşdırılması üzərində düşünməliyik.

Ölkəmizin işıqlı gələcəyinin təminatçıları məhz bu gün formalaşan ziyalılarımız ola bilərlər, onlara ziyalılıq keyfiyyətləri aşılanmalı, yeni müasir biliklər öyrədilməlidir. Əlbəttə, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan bu gün möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən inamla davam etdirilən sosial-iqtisadi və siyasi kurs bu istiqamətli işlərin uğurlu bugünündən gələcəyindən xəbər verir.

Zənnimcə, yüksək ziyalılıq keyfiyyətləri yüksək alimlik keyfiyyətlərindən formalaşır belə hesab edirik ki, alimlik toxumdursa, ziyalılıq onu əhatə edən mühit, böyüyüb inkişaf etməsini təmin edən torpaqdır. Demək, əgər bu torpaq münbitdirsə, alim inkişaf edərək vaxtsa öz ziyalılığına qovuşacaq. Yəni ali məktəb məzunu, hər hansı sahənin mütəxəssisi, eləcə alimi, ziyalı kateqoriyasına aid edilsə də, ziyalılıq keyfiyətlərinə malik olmayınca, özünü ziyalı adlandırması təhrifli olardı. Bugünkü ziyalını səciyyələndirən ən başlıca keyfiyyətlərdən biri onun vətəndaşlığı vətənpərvərliyidir desək, bəlkə yanılmarıq. Ümumiyyətlə, bugünün ziyalısı dünəndən faydalanan, bugünün dərdini bilən sabaha əlac tapan, eləcə xalqının, millətinin dövlətinin müasir tələblər baxımdan inkişafında öz ağlı düşüncəsi ilə fədakarcasına təmənnasız xidmətlər göstərən müsbət keyfiyyətlərə malik olan şəxsdir. Bu mənada, dərin məzmun etibarilə, bugünün ziyalısı dünənin öyrənən məktəblisi, sabahın isə quran inkişaf etdirən yaradıcısıdır.

Tariximizin müxtəlif dönəmlərində belə ziyalılarımız kifayət qədər çox olmuşdur. Bu gün biz həm həmin ziyalıların fəaliyyətlərini daha çox təbliğ etməliyik. Məncə tariximizi yaşadanlar da elə həmin ziyalılarımızdır.

Bugünün ziyalı nümayəndələrinin arasında da həmin keyfiyyətlər zəminində formalaşan artıq formalaşmış ziyalılarımız vardır. Formalaşmış ziyalılarımız xalqımızın bugünkü tarixi dönəminin faktiki potensiallarıdır. Onların düşün­cəsi əqidəsi xalqımızın dövlətimizin davamlı inkişafı üçün mühüm əhəmiy­yətə malikdir.

Məgər yaxın tarixi keçmişimizin əzablı əsarətindən qurtulduqdan sonra, qədər çətin olsa da, yenə xalqımızı yaşadan irəliyə aparan qüvvə möhtəşəm ziyalı qüdrəti deyilmi? Bu ziyalı qüdrəti bundan sonra da yollarımızı aydın­latmaqla, bizi daha səadətli və uğurlu sabahlara qovuşduracaq.

Bünyad KAZIMOV, AMEA-nın Neft və Qaz İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: