Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Marsda üzvi maddələrin mənşəyi müəyyən edilib
14.01.2022 14:58
  • A-
  • A
  • A+

Marsda üzvi maddələrin mənşəyi müəyyən edilib

Dörd milyard illik “Allan Hills 84001” meteoritinin ətraflı təhlili göstərib ki, onun tərkibindəki üzvi birləşmələr su və qaya arasında geokimyəvi qarşılıqlı təsirlər nəticəsində əmələ gəlib.

Bu barədə Science jurnalında dərc olunan məqalədə deyilir.

Qeyd edək ki, “Allan Hills (ALH) 84001” meteoriti 1984-cü ildə Antarktidada kəşf edilib və Marsın Yerə çatmış ən qədim fraqmenti olduğuna inanılır. Üstəlik bu tədqiqat üçün mövcud olan ən qədim daş material nümunəsidir, çünki bu yaşda yerüstü süxurlar qorunub saxlanmayıb.

Onun tərkibində üzvi birləşmələrin molekullarının olması onu deməyə əsas verir ki, mənşəyi hələ də sirr qalan Qırmızı Planetin qədim səthində üzvi molekullar var imiş. Onların təsir, maqmatik, hidrotermal proseslər, qədim Mars orqanizmlərinin bioloji istehsalı və hətta Yerdən çirklənmə nəticəsində əmələ gəlməsi ilə bağlı fərziyyələr mövcuddur.

redaktor.az

  • Paylaş: