AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının kollektivi 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib.
Şamaxı Astrofizika Rəsədxanasının rəhbərliyi və rəsədxananın Bakı və Şamaxı bölmələrinin əməkdaşları 20 Yanvar şəhidlərinin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq şəhid məzarları önünə gül dəstələri qoyublar.
20 Yanvar faciəsi ümumxalq hüznü olmaqla bərabər, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını bütün dünyaya göstərən qürur yerimizdir. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, həmin gün Azərbaycan xalqı sovet ordusunun qarşısına yalın əllə çıxaraq, öz müstəqilliyini canı-qanı bahasına qazandı.
Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.