Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

25.01.2022 12:42
  • A-
  • A
  • A+

İqtisadçı alimin Qarabağ və Şərqi Zəngəzura həsr olunmuş məqaləsi işıq üzü görüb

İqtisadçı alimin Qarabağ və Şərqi Zəngəzura həsr olunmuş məqaləsi işıq üzü görüb

AMEA-nın İqtisadiyyat İnstitutunun Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Tərbiz Əliyevin Macarıstanda nəşr olunan, impakt faktorlu “The scientific heritage” (“Elmi irs”) elmi jurnalında “Qarabağ və Şərqi Zəngəzurda iqtisadiyyatın dayanıqlı və inkluziv konsepsiya əsasında bərpa edilməsi” adlı məqaləsi çap edilib.

Məqalədə ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatında əldə olunmuş nailiyyətlər, beynəlxalq təşkilatların qiymətləndirilməsinin nəticələrinə əsasən ölkənin yüksələn reytinqi, uğurlu islahatlar, işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən irimiqyaslı tədbirlər, böyük layihələr, sürətlə aparılan bərpa və yenidənqurma işlərindən bəhs olunur. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində dəymiş dağıntı və zərərin həcmi ilə bağlı faktlar, dəymiş ziyanın miqdarı və strukturu, mədəni irsin dağıdılması, ekoloji terror, 44 günlük müharibədə parlaq qələbənin əldə edilməsi haqqında məlumatlar verilir. Bundan əlavə, Qarabağ və Şərqi Zəngəzur ərazilərində faydalı qazıntılar, xammal, enerji və su ehtiyatlarının olması, turizm imkanları sistemləşdirilir. Habelə qələbədən sonra son bir ildə görülmüş işlərə xüsusi diqqət yetirilməklə bu regionların iqtisadi inkişafı imkanlarının əsas istiqamətləri təsvir edilib, davamlı və inklüziv iqtisadi tərəqqi, inteqrasiya olunmuş innovativ infrastrukturun və sahibkarlığın inkişafı imkanları ilə bağlı təklif və tövsiyələr verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: