AR Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş elmi işçisi coğrafiya elmləri doktoru dosent Stara Tarixazərin “Türk dünyası ərazisinin davamlı inkişafının geoekoloji qiymətləndirilməsi” adlı monoqrafiyası nəşr edilib.
Kitab oxucularda Türk dünyasının təbiəti haqqında təsəvvür formalaşdırır, müstəqil türk dövlətləri və qurulmalarının ərazilərində baş verən coğrafi proses və hadisələrin inkişaf səbəblərini və qanunauyğunluqlarını izah edir. Relyef, geoloji formalaşma tarixi, iqlim xüsusiyyətləri, hidrogeoloji xüsusiyyətlər, torpaq və bitki örtüyü, təbii landşaftlar və ətraf mühitin mühafizəsi ilə bağlı məlumatlar monoqrafiyada öz əksini tapıb.
Monoqrafiya ali məktəb tələbələri, orta və ali məktəb müəllimləri, coğrafiyaçılar, mütəxəssis ekoloqlar və türk dünyasının coğrafiyası ilə maraqlanan hər bir kəs üçün nəzərdə tutulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.