Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

01.02.2022 16:14
  • A-
  • A
  • A+

MEK tərəfindən Xəzər Gənclər Evinə kitablar hədiyyə edilib

MEK tərəfindən Xəzər Gənclər Evinə kitablar hədiyyə edilib

2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) mübadilə fondundan Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Xəzər Gənclər Evi sosial xidmət müəssisəsinə 30 adda kitab hədiyyə edilib.

Kitablar sırasında Azərbaycanın mədəniyyət xadimlərindən bəhs edən nəşrlər üstünlük təşkil edib. Bunların sırasında “Cabbar Qaryağdı” (Vaqif Bəhmənli), “Şövkət Məmmədova” (Nərgiz Cabbarlı, Vaqif İsaqoğlu), “Möhsün Sənani” (Sərvaz Hüseynoğlu), “Seyid Şuşinski” (Səadət Təhmirazqızı), “Abbasmirzə Şərifzadə” (İlham Rəhimli), “Lütfiyar İmanov” (Şəhla Həsənova), “Rza Təhmasib” (İlham Rəhimli, Cəlal Məmmədov) və s. öz əhəmiyyəti ilə seçilir.

Kitab hədiyyə etməkdə məqsəd toplumun böyük hissəsini təşkil edən gənclərdə kitaba, kitab oxumağa marağı formalaşdırmaq, cəmiyyətdə mütaliənin təbliğinə dəstəyi artırmaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: