Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

27.07.2026 14:49
  • A-
  • A
  • A+

Botanika İnstitutunun doktorantı Hacettepe Universitetində elmi ezamiyyətdə olub

Botanika İnstitutunun doktorantı Hacettepe Universitetində elmi ezamiyyətdə olub

AR ETN Botanika İnstitutunun doktorantı Aynur Mehdiyeva Türkiyənin Hacettepe Universitetində elmi ezamiyyətdə olub.

Ezamiyyət müddətində Aynur Mehdiyeva palinoloji analizlərin aparılması metodologiyasını mənimsəyərək bu sahədə nəzəri və praktiki biliklərini artırıb. O, dissertasiya işi üzrə tədqiq etdiyi mübahisəli bitki növlərinin palinoloji analizlərini həyata keçirib, əldə olunan nəticələr əsasında həmin növlərin sistematik mövqeyinin dəqiqləşdirilməsi üçün araşdırmalar aparıb.

Tədqiqatlara Hacettepe Universitetinin dosenti, doktor Gülşən Zare elmi rəhbərlik edib.

Qeyd edək ki, Botanika İnstitutu ilə Hacettepe Universiteti arasında mövcud elmi əməkdaşlıq çərçivəsində həyata keçirilən elmi ezamiyyət doktorantın dissertasiya işinin yerinə yetirilməsində müasir analiz metodlarından istifadə imkanlarını genişləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: