Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

08.02.2022 12:38
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutunun alimlərinin məqaləsi nüfuzlu jurnalda işıq üzü görüb

Aşqarlar Kimyası İnstitutunun alimlərinin məqaləsi nüfuzlu jurnalda işıq üzü görüb

AMEA-nın Aşqarlar Kimyası İnstitutunun (AKİ) baş direktoru, akademik Vaqif Fərzəliyev, laboratoriya müdiri k.e.d., dosent Afayat Məmmədova və digər əməkdaşların birgə həmmüəllifi olduğu məqalə “Afrika Kimya” (Chemistry Africa) adlı nüfuzlu xarici jurnalda dərc edilib.

Məqalə motor yağları üçün tərkibində azot, kükürd atomları və karboksilat qrup saxlayan yüksək əsaslı alkilfenolat aşqarların alınması və onların xassələrinin tədqiqinə həsr olunub. Müəyyən edilib ki, onlar yüksək antikorozion, antioksidant, neytrallaşdırıcı və yuyucu xüsusiyyətlərə malikdir və buna görə də motor yağlarına çoxfunksiyalı əlavələr kimi istifadə edilə bilər.

Xatırladaq ki, dünyada məşhur olan “Springer” nəşriyatına daxil olan  “Chemistry Africa” jurnalı “Web of Science” beynəlxalq elmi bazasına daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: