Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

15.02.2022 12:20
  • A-
  • A
  • A+

Tarix Muzeyinin əməkdaşı beynəlxalq master-klasda iştirak edib

Tarix Muzeyinin əməkdaşı beynəlxalq master-klasda iştirak edib

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində Avropa Muzey Təşkilatları Şəbəkəsinin (NEMO) İdarə Heyəti tərəfindən beynəlxalq master-klas keçirilib.

Bakı şəhərində fəaliyyət göstərən 10-a yaxın muzeyin əməkdaşlarının qatıldığı tədbirdə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin baş mütəxəssisi Zümrüd İsmayılova iştirak edib. Master-klasda muzeylərin davamlı inkişafı, ictimaiyyətlə iş, ziyarətçilərin öyrənilməsi, muzey idarəçiliyi, Azərbaycan muzeylərinin kolleksiyalarında zəngin irslə bağlı aktual mövzular müzakirə olunub. Tədbirdə NEMO-nun (Avropa Muzeyləri Şəbəkəsi Assosasiyası) Avropanın 6 ölkəsinin (Almaniya, Norveç, Sloveniya, Estoniya, Niderland, Belçika) Muzey Assosasiyalarının rəhbərlərindən ibarət olan İdarə Heyəti tərəfindən yuxarıda qeyd olunan mövzular üzrə təqdimatlar edilib.

Tədbirdə muzey işi ilə bağlı müzakirələr aparıldıqdan sonra muzey əməkdaşlarını maraqlandıran suallar xarici mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: