Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

16.02.2022 14:10
  • A-
  • A
  • A+

MEK-ə Şərqşünaslıq İnstitutundan ədəbiyyatlar daxil olub

MEK-ə Şərqşünaslıq İnstitutundan ədəbiyyatlar daxil olub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) Şərqşünaslıq İnstitutundan kitablar daxil olub.

Tarixi, mədəni və digər mövzularda müxtəlif adlarda ümumilikdə 32 sayda olan nəşrlər sırasında “Osmanlı hakimiyyəti dövründə Urmiya və Xalxal bölgələri. XVIII əsrin 20-ci illəri” (Yaxşıxanım Nəsirova), “Əyyəmu-L-Arab: Cahilliyə dövrü ərəb ədəbiyyatının abidəsi kimi” (Lalə Bayramova), “21-ci əsrdə Yunus Əmrəni anlamaq”-beynəlxalq Yunus Əmrə simpoziumu, “Cənubi Azərbaycan tarixinin oçerki. 1828-1917”, “Ərəb ədəbiyyatının ehramı Nəcib Məhfuz” (Xumar Ələkbərova), “Osmanlı hakimiyyəti dövründə Marağa və Soyuqbulaq bölgələri. XVIII əsrin 20-ci illəri” (Gülər Qafqazlı), “Həft mənzər” (Abdullah Hatifi), “Этническая идентичность Низами Гянджеви” (Gövhər Baxşəliyeva), “Лингвистическое творчество Азербайджанского ученого XVIII века Ибрахима Ал-араши” (Laura Orucova), “Категория числа и рода в литературном арабском языке” (Zenfira Rüstəmova, Gülşən Həmidli), “Армянские инсинуации и исторические факты. Вопросы и ответы” və s. kitablarla yanaşı, “Azərbaycan şərqşünaslığı”, “Şərq araşdırmaları” jurnalları da yer alıb.

Qeyd edək ki, MEK-ə mütəmadi şəkildə akademiyanın elmi tədqiqat institutlarından, yerli oqranlardan, müəlliflər tərəfindən, digər kitabxanalardan, xarici ölkələrdən müxtəlif elm sahələrini əhatə edən nəşrlər daxil olur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: