AMEA-nın Botanika İnstitutu ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutu arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Botanika İnstitutunun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva və Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutunun direktoru, professor Bəhram Əliyev tərəfindən imzalanan memorandumda qarşılıqlı və faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin həyata keçirilməsi, biomüxtəlifliyin öyrənilməsi üzrə müştərək layihələrin təşkili, innovativ məhsulların yaradılması və kadr mübadiləsi nəzərdə tutulub.
Anlaşma memorandumuna əsasən, Azərbaycanın, xüsusilə işğaldan azad olunmuş ərazilərdə biomüxtəlifliyin taksanomok tərkibinə təbii və anntropogen proseslərin təsirinin, meşə ehtiyatlarının müəyyənləşdirilməsi, peyk şəkilləri və GİS texnologiyalarından istifadə etməklə meşələrin məhv edilməsi surətinin təyini, meşə fondunun tərkibində mövcud dəyişiklikləri nəzərə almaqla bərpa prosesinin vahid prinsiplərinin işlənib hazirlanması istiqamətində işlər görüləcək. Əməkdaşlıq çərçivəsində elmi-tədqiqat və təcrübi-sınaq işlərinin yerinə yetirilməsində mütəxəssislər, doktorantlar və dissertantlar aktiv iştirak edəcəklər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.