Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

21.02.2022 11:42
  • A-
  • A
  • A+

BDU-nun tələbələri Torpaqşünaslıq və Aqrokimya İnstitutunda təcrübə keçirlər

BDU-nun tələbələri Torpaqşünaslıq və Aqrokimya İnstitutunda təcrübə keçirlər

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin “Torpaqşünaslıq və aqrokimya”, “Yer quruluşu, torpaq və şəhər kadastrı” ixtisasları üzrə təhsil alan IV və V kurs tələbələri AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda istehsalat təcrübəsi keçirlər.

Təcrübə müddətində tələbələrə universitetdə əldə etdikləri nəzəri bilikləri elmi tədqiqatlarla əlaqələndirmək üçün hər cür şərait yaradılıb. Xüsusi karantin rejiminin tələblərinə riayət etməklə tələbələr institutun müvafiq laboratoriyalarında həyata keçirilən elmi tədqiqatlarla yaxından tanış olurlar. Onlar  ayrı-ayrı laboratoriyalarda torpaq və su analizlərinin gedişatı, müxtəlif cihazların iş prinsipləri ilə tanış olur, analitik işlərdə iştirak edirlər.

Martın 29-dək davam edəcək təcrübə prosesi tələbələrdə tədqiqatçılıq üçün zəruri olan praktiki vərdişlərin formalaşdırılmasında mühüm rol oynayacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: