Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

23.02.2022 16:12
  • A-
  • A
  • A+

Bakı Dövlət Universitetinin tələbələri Fiziologiya İnstitutunda təcrübə keçirlər

Bakı Dövlət Universitetinin tələbələri Fiziologiya İnstitutunda təcrübə keçirlər

Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin IV kurs tələbələri AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda “Biologiya” ixtisası üzrə istehsalat təcrübəsi keçirlər.

Təcrübə müddətində tələbələrə dünya praktikasında tətbiq olunan metodlar haqqında məlumat verilib. Eyni zamanda tələbələr institutun laboratoriyaları və orada aparılan elmi-tədqiqat işləri ilə tanış olurlar.

İlkin olaraq tələbələr müəssisənin İnteqrativ fəaliyyətin molekulyar əsasları, Ekotoksikologiya, həmçinin Bioloji fəal maddələrin farmakologiyası laboratoriyalarının elmi seminarlarında iştirak edərək tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki vərdişlərə yiyələnirlər.

Qeyd edək ki, istehsalat təcrübəsi aprelin 19-dək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: