AMEA-nın Elm Tarixi İnstitutunun Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski Rusiya Elmlər Akademiyasının (REA) S.İ.Vavilov adına Təbiət Elmləri və Texnika Tarixi İnstitutunun Sankt-Peterburq filialında olub.
E.Talışınski Sankt-Peterburq filialının direktoru, sosiologiya üzrə fəlsəfə doktoru Nadejda Aşeulova ilə görüşərək fikir mübadiləsi aparıb.
İnstitutun elmi kollektivi ilə tanış olan gənc alim burada aparılan elmi tədqiqatlarla tanış olub. E.Talışınski rəhbərlik etdiyi şöbənin elmşünaslıq sahəsində apardığı tədqiqatlar haqqında geniş məlumat verib, həmçinin iki müəssisənin müvafiq şöbələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.