AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Həmkarlar Təşkilatının təşkilatçılığı ilə müəssisənin aparıcı elmi işçisi, f.ü.f.d. Hüseyin İbrahimov, böyük elmi işçi, f.ü.f.d. Elmira Təhməzova və Həmkarlar Təşkilatının sədri Asya Əhmədova Vətən Müharibəsi Qəhrəmanı şəhid Surxay Noçuyevin ailəsinə baş çəkib və qəhrəman şəhidin 2 azyaşlı övladına bayram sovqatları və hədiyyələr təqdim ediblər.
Görüş zamanı Surxay Noçuyevin İkinci Qarabağ müharibəsində Füzulidən başlanıb, Şuşada başa çatan uğurlu döyüş yolundan, qəhrəman şəhidin “Noçuyev taktikası” ilə məşhurlaşan döyüş taktikasından söhbət açılıb və torpaqlarımızı işğaldan azad edən qəhrəman şəhidlərimizə minnətdarlıq hissi ifadə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.