AMEA-nın Radiasiya Problemləri İnstitutunun (RPİ) Elmi Şurasının növbəti iclası keçirilib.
Tədbirdə əvvəlcə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə soyqırımı qurbanları bir dəqiqəlik sükutla yad edilib.
Sonra iclasda çıxış edən institutun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb, həmçinin sözügedən müəssisənin laboratoriya müdiri, kimya üzrə fəlsəfə doktoru Hökmən Mahmudovu 60 illik yubileyi münasibəti ilə təbrik edib, ona elmi fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra UNESCO-nun baş direktorunun Prioritet Afrika və xarici əlaqələr üzrə müavini Firmin Eduard Motako tərəfindən təşkilat yanındakı Daimi Nümayəndəliklərə 24 fevral 2022-ci il tarixində ünvanlanmış məktub, eləcə də institutda 2022-ci ildə keçirilmiş əməkdaşların attestasiyasının nəticələri haqqında məsələlərə baxılıb.
İclasın sonunda Radiasiya Problemləri İnstitutu üzrə doktorant və dissertantların attestasiyası aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.