Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

11.05.2022 14:17
  • A-
  • A
  • A+

Seysmoloji Xidmət Mərkəzinin Oksford Universitetinin əməkdaşları ilə birgə tədqiqatları davam edir

Seysmoloji Xidmət Mərkəzinin Oksford Universitetinin əməkdaşları ilə birgə tədqiqatları davam edir

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin və Oksford Universitetinin əməkdaşlarının birgə apardığı paleseysmoloji tədqiqatlar davam etdirilir.

Hazırda hər iki qurumun əməkdaşlarından ibarət qrup Salyan rayonu ərazisində  tədqiqatlar aparırlar. Buna qədər Ağsu, İsmayıllı və Göyçay rayonlarında birgə tədqiqatlar aparılıb. Tədqiqatların mayın 21-nə qədər davam etdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, aparılan tədqiqatların məqsədi Azərbaycan ərazisində infrostruktur və əhali üçün ciddi seymik təhlükə yarada biləcək tektonik qırılmaları müəyyən etməkdir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: