AMEA-nın Elm Tarixi İnstitutunun (ETİ) Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev Xəzər Universitetinin tələbələrinə PİCASP layihəsi çərçivəsində təlim keçib.
Xəzər Universitetinin təşkilatçılığı ilə Şəki şəhərində keçirilən təlimin əsas məqsədi turizm, tarix və coğrafiya sahəsində tələbələrin tarixi-mədəni biliklərinin təkmilləşdirilməsi olub.
B.Quliyev Xəzər Universitetinin idarə heyəti, dəyərləndirmə qrupu və tələbələrindən ibarət olan auditoriyaya Şəki Xan sarayı, Şəkixanovların evi, Yuxarı Karvansara, Şəki Yeraltı hamamı, Kiş məbədi və Şəki dulusçuluq emalatxanasında təcrübi təlim keçərək bu sahədə lazımi biliklər aşılayıb.
Qeyd edək ki, 2 həftə öncə başlayan təlimin birinci hissəsi Bakı şəhərində keçirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.