Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Azərbaycan ailə modelinin inkişaf strategiyası” mövzusunda konfrans keçirilib.
Konfransı təşkil etməkdə məqsəd ailə məsələləri mövzusunda ictimai müzakirələrin aparılması, müasir cəmiyyətdə sağlam ailə modelinin, ailə institutunun formalaşmasına yönəlmiş effektiv mexanizmlərin yeni formatlarının müzakirəyə çıxarılması olub.
Tədbirdə dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, tanınmış ziyalılar və alimlər, ictimaiyyət nümayəndələri və komitənin “Ailə könüllüləri” iştirak ediblər.
AMEA-nın Qadınlar Şurasının sədrinin müavini, Akademiya üzrə gender əlaqələndirici, fəlsəfə üzrə fəlsəfə doktoru Mahrux Nəcəfli tədbirdə panelist qismində “Mövcud ailə sisteminin elmi-nəzəri əsasları mövzusunda” çıxış edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.