Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

06.06.2022 12:35
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Vaqif Quliyevin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc edilib

AMEA-nın müxbir üzvü Vaqif Quliyevin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc edilib

Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Vaqif Quliyevin I Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində həmmüəllifi olduğu məqalə “Positivity” jurnalında dərc edilib. İmpakt faktoru 1.219-a bərabər olan jurnal “Clarivate Analytics” Q2 kateqoriyasına daxildir.

“Ümumiləşmiş çəkili Orliç-Morri fəzaları üçün bəzi qiymətləndirmələr və onların divergent olmayan elleptik tənliklərə tətbiqi” adlı məqalədə bəzi klassik inteqral operatorlar və kommutatorlarının doğurduğu subxətti inteqral operatorların ümumiləşmiş çəkili Orlicz-Morri fəzalarında kəsilməzliyi araşdırılıb. Alınan qiymətləndirmələrdən kəsilən əmsallı xətti müntəzəm elleptik operator üçün Dirixle məsələsinin həllinin qlobal requlyarlığını öyrənmək üçün istifadə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: