Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

16.06.2022 14:13
  • A-
  • A
  • A+

MEK tərəfindən Qırğızıstan-Türkiyə Manas Universiteti Kitabxanasına nəşrlər göndərilib

MEK tərəfindən Qırğızıstan-Türkiyə Manas Universiteti Kitabxanasına nəşrlər göndərilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən Qırğızıstan-Türkiyə Manas Universiteti Kitabxanasına mübadilə yolu ilə nəşrlər göndərilib.

MEK-in baş direktoru, professor Məmməd Əliyevin təşəbbüsü ilə göndərilən bu nəşrlər Azərbaycanın tarixini, mədəniyyətini, coğrafiyasını özündə əks etdirir. Bunların sırasında “Тайны Баку, Реальная История, и Вымысел О Великой Армении, Фальшивая История Хайев Моисея Хоренского, Геноцид Азербайджанцев В Иреванской Губернии (1918-1920), Геноцид Азербайджанцев В Карабахском Регионе Азербайджана (1918-1920), “Azərbaycan miniatürləri” və digər kitablar yer alıb.

Sözügedən nəşrlər universitetin kitabxanasına Manas Universitetinin Türk Ağsaqqalları Birliyinin (TAİB), Qırğızıstan-Türkiyə Manas Universitetinin və Azərbaycanın Qırğızıstandakı səfirliyinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Tarix yazan liderlər” mövzusunda keçirilən tədbir zamanı diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk tərəfindən təqdim edilib.

Qeyd edək ki, MEK tərəfindən belə bir təşəbbüsün irəli sürülməsi hər iki kitabxana arasında beynəlxalq əlaqələrin genişləndirilməsinə, informasiya bazalarının artırılmasına və oxuculara daha yaxşı xidmət göstərməyə imkan yaradır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: