Skype's Real-Time Translator proqramı video-çatları və ani mesajları dərhal tərcümə etmək üçün yeni imkanlar açır. Belə ki, artıq istifadəçilər ingilis, ispan, italyan və mandarin dillərinin tərcüməsini dəstəkləyən Skype translatorun ön versiyasını yükləmək üçün qeydiyyatdan keçməyəcək.
Yeni proqramda dərhal göndərilən ismarıclar üçün tərcümə dillərinin sayı 50-yə çatır və müraciətlər istifadəçinin seçdiyi dilə uyğun tərcümə olunur.
Windows Store vasitəsilə pulsuz olaraq yüklənilə bilən Skype Translator proqramı Microsoft-un son versiyası ilə işləyən kompüter və planşetlər üçün əlyetərlidir.
Skype Translator-u yaratmaqda məqsəd, müvafiq sahələr üzrə tərcümələr etmək, eləcə də 300 milyondan artıq Skype istifadəçisi üçün sinxron tərcümə təcrübəsini rahat bölüşmək imkanı yaratmaqdır.