AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Əlişir Nəvai Beynəlxalq Mükafatı ilə təltif olunan Nobel mükafatı laureatı, AMEA-nın fəxri üzvü, professor Əziz Sancara təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Çoxhörmətli Əziz bəy,
Sizə Türk dünyası üçün önəmli olan növbəti mükafatın verilməsi xəbərini böyük sevinc hissi ilə qarşıladıq.
Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Sizin Əlişir Nəvai Beynəlxalq Mükafatı ilə təltif olunmağınız bizim Akademiyamız üçün də böyük şərəfdir.
Bu münasibətlə Sizi öz adımdan və Fəxri üzvü olduğunuz Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi adından ürəkdən təbrik edirəm, Sizə hər zaman yüksəklərdə olmağı və daha böyük zirvələr fəth etməyi arzu edirəm.
Hörmətlə,
AMEA-nın prezidenti
akademik İsa Həbibbəyli”
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.