Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Mərkəzi Nəbatat Bağının alimlərinin məqaləsi Rusiyada nəşr olunub
24.07.2022 13:52
  • A-
  • A
  • A+

Mərkəzi Nəbatat Bağının alimlərinin məqaləsi Rusiyada nəşr olunub

Mərkəzi Nəbatat Bağının laboratoriya müdiri, b.ü.f.d., dosent Yusif Zeynalov, böyük elmi işçi, b.ü.f.d. Aynur Ərəbzadə, böyük elmi işçi v.i.e. Günay Məmmədova, şöbə müdiri, b.ü.f.d., dos. Sevinc Quliyeva, Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun laboratoriya müdiri Sevil Abbasquliyeva və Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Hilalə Cəfərovanın həmmüəllifi olduğu məqalə Rusiyanın “Плодоводство и ягодоводство России” jurnalında işıq üzü görüb.

“Abşerona introduksiya olunmuş Melissa L. və Alcea L. cinslərinə daxil olan bəzi növlərin bioekoloji xüsusiyyətləri” adlı məqalədə Mərkəzi Nəbatat Bağının təcrübə sahəsində yetişdirilən və Azərbaycanın müxtəlif botaniki-coğrafi ərazilərindən introduksiya olunmuş Melissa və Alcea cinslərinə daxil olan bəzi növlərin kök və yaşıl hissəsinin biokimyəvi tərkibi öyrənilib.

Təcrübələr Mərkəzi Nəbatat Bağının təcrübə sahəsində və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun laboratoriyasında aparılıb. Təcrübələr vegetasiyanın müxtəlif mərhələlərində aparılıb və nəticələr müqayisə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: